Əsas Səhifə > Güney Press, Araşdırma > GƏNCƏDƏ BİR AİLƏNİN ŞOK DRAMI

GƏNCƏDƏ BİR AİLƏNİN ŞOK DRAMI


7-01-2013, 09:16
GƏNCƏDƏ BİR AİLƏNİN ŞOK DRAMI
ƏLƏKBƏROVLAR 25 İLDİR Kİ, ZÜLMƏTDƏ YAŞAYIR

DİA.AZ: - Gəncədə bir ailənin 25 il işıqsız qalması ilk baxışdan inandırıcı olmasa da, bu, belədir. Olduqca sadə və kasıb dolanan Ələkbərovlar ailəsinin döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb.

DİA.AZ-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, ailə başçısı Vəli Ələkbərov uzun illər Gəncə Yüksək Gərginlikli Elektrik İdarəsində montyor işləyib və iş zamanı gərginlik altına düşərək xəsarət alıb. Ailə indinin özündə də də şam və ya neft lampasının işığına möhtac olub. Yaşadıqları ərazidə 100-dən çox ev olsa da rəsmi ünvan yoxdur və Gəncədə hamı buranı Rabitə Sənayesi zavodunun vaxtilə zibillik yeri kimi tanıyır.

Evin xanımı Rahilə Ələkbərova deyib ki, qazımız, işığımız yoxdur, çox əziyyət çəkirik, 4 uşağı çox çətinliklə böyüdürük. Evimizə sayğac qoyan yoxdur.

Gəncə Elekrik Şəbəkənin Satış və təchizat şöbəsidən Hidayət İsmayılov bildirib ki, istehlakçı bizə müraciət etməsə, evinin sənədi olmasa, texniki şərt almasa, icazə buraxılış vəsiqəsi gətirməsə onun evinə sayğac quraşdıra bilmirik.

GƏNCƏDƏ BİR AİLƏNİN ŞOK DRAMI
Geri qayıt