Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ İİN ŞEFİNİN OĞLU AİLƏSİNİ DAĞITDI

KEÇMİŞ İİN ŞEFİNİN OĞLU AİLƏSİNİ DAĞITDI


7-01-2013, 08:55
KEÇMİŞ İİN ŞEFİNİN OĞLU AİLƏSİNİ DAĞITDI
EMİN BABAYEVİN AİLƏSİNİ DAĞITMASI BİR NEÇƏ SƏBƏBLƏ ƏLAQƏLƏNDİRİLİR

DİA.AZ: - Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Etibarlı mənbələrin DİA.AZ-a ötürdüyü xəbərə görə, Emin Babayevlə xanımı son bir neçə aydır ki, bir yerdə yaşamırdılar və keçən ilin son günlərində nigahlarına rəsmən son qiyblar.

Xatırladaq ki, Emin Babayev 2010-cu ilin iyul ayında ailə həyatı qurub. Nikah mərasimi iyulun 9-da keçirilmişdi. Hətta Türkiyənin Kəmər istirahət bölgəsindəki bahalı otellərdən birində baş tutan mərasimə - sabiq nazirin oğlunun toyuna Bakıdan yollanan qonaqlar üçün xüsusi çarter reysi də təşkil edilmişdi.

Onu da xatırladaq ki, Heydər Babayevin oğlu ilə bağlı zaman-zaman müəmmalı xəbərlər də yayılıb və hətta onun bir neçə il əvvəl İngiltərədə öz həmcinsi ilə evləndiyi də söylənilirdi. Hətta Heydər Babayevin görəvindən alınmasının nədənləri içində bu faktın da yer aldığı söylənilirdi. Amma sonradan bu məlumatlar Babayevlər tərəfindən israrla təkzib olundu və Emin Babayev hətta ailə həyatı da qurdu.

Bu barədə danışan məlumatlı mənbəmiz isə iddia edir ki, Emin Babayevin ailəsinin dağılmasının nədənləri arasında da məhz yuxarıda qeyd olunan məqam səbəb kimi çıxış etməkdədir. Hər halda, belə bir iddianın hansı dərəcədə məsuliyyət yaratdığını dərk etdiyimizdən, qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin bu barədə suallarımıza cavab verə biləcək kimsə ilə əlaqə yarada bilmədik. Amma buna rəğmən qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Geri qayıt