Əsas Səhifə > Partiya > İCTİMAİ PALATANIN 2013-CÜ İL PLANI

İCTİMAİ PALATANIN 2013-CÜ İL PLANI


5-01-2013, 13:25
İCTİMAİ PALATANIN 2013-CÜ İL PLANI
MÜXALİFƏT BUNLARI EDƏCƏK

İctimai Palatanın sessiyasının davam etdiyi bir vaxtda musavat.com-a qurumun 2013-cü ildə fəaliyyətinin prioritet istiqamətlərinə dair məlumat daxil olub.

Sənəddə İctimai Palatanın 2013-cü ildə fəaliyyətinin prioritet istiqamətləri aşağldakı kimi göstərilir:

1. Prezident seçkilərinə hazırlıq: seçkiqabağı şərait və seçki prosesinin demokratikləşməsi, bir və ya bir neçə namizdlə seçkidə fəal iştirak, seçkiqabağı tədbirlər planın və seçki platformaçsının hazırlanması, seçkilərin monitorinqi və seçkiyə nəzarətin təmin edilməsi, demokratik qüvvələrin və seçki addımlarının konsolidasiyası.

2. 2. Ölkədə demokratik dəyişikliklər uğrunda mübarizə: İP-in proqram sənədi – “Avtoritarizmdən demokratiyaya keçidin yol xəritəsində nəzərdə tutulan məsələlərin reallaşdırlması”, cəmiyyət həyatının bütün sahələrində kompleks islahatlar aparılması təşəbbüslərinin irəli sürülməsi və bu məqsədə çatmaq üçün iqtidarla dialoq üçün addımların atılması, vətəndaşların və ictimi-syasi təşkilaştların konstitusiyon hüquq və azadlıqlarının (Söz, sərbəst toplanma azadlığı, mülkiyyət hüquqları və sairə) fəal şəkildə müdafiə olunması, öz qanuni tələblərinin təmin olunması uğrunda yığıncaq, mitinq, piket, nümayiş və sairə formada kütəvi aksiyaların keçirilməsi

3 İP-in fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi: İP-də vətəndaş cəmiyyətinin təmsilçiliyinin kücləndirilməsi və təşkilatın və cəmiyyətdəki rolunun, gücünün və nüfuzunun artırılması məqsədilə müvafiq funksional struktur islahatlarının aparılması, İP rayon təşkilatlarının işinin faydalılığının yüksəldilməsi və İP-in elektoral bazasının genişləndirilməsi işinin gücləndirilməsi, İP-in embilem, simvolika və üzvülük biletlərinin hazırlanması, İP-in bütün demokratik qüvvələrin əməkdaşlığı və koalisiya mərkəzinə çevrilməsi.

Geri qayıt