Əsas Səhifə > Ölkə > “AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI HESABAT YAYIB

“AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI HESABAT YAYIB


16-11-2011, 16:14
“AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI HESABAT YAYIB

“AZTV “FACEBOOK” İSTİFADƏÇİLƏRİNİ RUHİ XƏSTƏ ADLANDIRIR”

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən hesabat yayıb. Hesabatda bu ilin yazındakı etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir.

Noyabrın 16-da yayılan sənədə görə, siyasətdə, jurnalistikada, hətta sosial şəbəkələrdə hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Dövlət televiziyası “Facebook” şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır”.

“Azadlıq” radiosunun məlumatına görə, sənəddə qeyd edilir ki, təşkilatın 2009-cu ildə yaydığı hesabatdan bəri ölkədə insan haqlarının durumu daha da pisləşib: “Beynəlxalq dairələrin cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur. Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır”.


Geri qayıt