Əsas Səhifə > Gündəm, Manşet > RÖVNƏQ ABDULLAYEV BAYRAMDA XƏRCƏ DÜŞÜB

RÖVNƏQ ABDULLAYEV BAYRAMDA XƏRCƏ DÜŞÜB


5-01-2013, 11:28
RÖVNƏQ ABDULLAYEV BAYRAMDA XƏRCƏ DÜŞÜB
ARDNŞ ŞEFİNƏ AİD XİDMƏTİ MAŞININ AĞIR QƏZA TÖRƏTDİYİ SÖYLƏNİLİR

DİA.AZ: - Yeni ilin gəlişi ilə əlaqədar 7 günlük tətilin verilməsi kimlər üçünsə düşərli olmayıb. Onlardan biri də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir.

Məlumatlı mənbələrdən DİA.AZ-a verilən xəbərlərdən aydın olur ki, ARDNŞ şefinə aid xidməti maşın bayramın ikinci günündə, yəni 2 yanvar tarixində axşam saatlarında «Azneft» meydanı yaxınlığında ağır qəza keçirib. Qəza şahidlərinin bildirdiyinə görə, Rövnəq Abdullayevə aid olan xidməti maşın yolun «Neftçilər» prospekti hissəsinə keçmək istəyərkən, qarşıdan gələn yük maşını ilə toqquşub.

DİA.AZ-a məlumatı verən mənbə bildirir ki, Rövnəq Abdullayev qəza zamanı maşının içində olmayıb və xoşbəxtlikdən sürücü də xəsarət almayıb. Maraqlı orasıdır ki, dərhal Neft Şirkətinə aid mühafizəçilər həm qəzaya düşmüş maşını və həm də yük maşınını hadisə yerindən uzaqlaşdırıblar.

Geri qayıt