Əsas Səhifə > Cəmiyyət > SÖZ SİZİNDİR, CƏNAB ÇEKİSTLƏR

SÖZ SİZİNDİR, CƏNAB ÇEKİSTLƏR


16-11-2011, 14:34
SÖZ SİZİNDİR, CƏNAB ÇEKİSTLƏR

MEDİA SAYTLAR MTN-NİN DƏSTƏYİNİ GÖZLƏYİR

Redaktorlar Birliyi (RB) milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub göndərərək KİV veb-saytlarının xarici müdaxilədən və haker hücumlarından müdafiəsi mexanizminin yaradılmasına çağırıb.

RB təhlükə olduğu halda elektron müraciət üçün MTN-nin rəsmi saytında şəraitin yaradılmasını, müraciət qaydalarının və İnternet resursların təhlükəsizliyi üzrə tövsiyələrin hazırlanmasını təklif edib. RB-nin MTN-ə müraciəti təsadüfü deyil. Belə ki, “Milli təhlükəsizlik haqqında” qanuna görə, informasiya resurslarının müdafiəsi bu qurumun səlahiyyətinə daxildir.

Oktyabrın 11-də RB ilk dəfə olaraq “dəyirmi masa”da media saytlara haker hücumlarının artması ilə əlaqədar İnternet təhlükəsizliyi məsələsini müzakirə edib. Haker hücumları ilə bağlı müraciətlər “Yeni Müsavat”, “Azadlıq”, “Xural” qəzetlərindən, contact.az, mil.az və digər saytlardan daxil olub.

Azərbaycan 2001-ci ildə kibercinayətkarlığa qarşı mübarizə üzrə beynəlxalq konvensiyaya qoşulub və bir ay əvvəl hökumət bu mövzuda konfrans keçirib. Lakin götürülən öhdəliklər real olaraq zəif yerinə yetirilir. Məsələn, milli qanunvericilik indiyədək konvensiyaya uyğunlaşdırılmayıb. İnternet KİV sahibləri müdafiə üçün hara müraciət etməyin lazım gəldiyini bilmirlər. Çünki dövlət səviyyəsində bu cür müdafiə mexanizmi yoxdur.

Hələlik Azərbaycan İnternet mediası kömək üçün beynəlxalq ekspertlərə müraciət etməyə məcburdur. Lakin bu, müdafiə sistemini tam müdafiə etmir.


Geri qayıt