Əsas Səhifə > Cəmiyyət > GÜLƏR ƏHMƏDOVANIN SAYTI FƏALİYYƏTDƏDİR
GÜLƏR ƏHMƏDOVANIN SAYTI FƏALİYYƏTDƏDİR2-01-2013, 17:18 |
AMMA SAYT KEÇMİŞ DEPUTATLA BAĞLI SUSUR DİA.AZ: - Türkiyədə dünyasını dəyişən Sevinc Babayevanın rəfiqəsi kimi tanıdığımız keçmiş millət vəkili Gülər Əhmədovanın sahibəsi olduğu «Mərkəz» qəzeti fəaliyyətini dayandırsa da, «merkez.az» portalı hələ də fəaliyyətdədir. Onu da xatırladaq ki, dünən və bu gün Sevinc Babayevanın oğlu anasının ölümü ilə bağlı ilginc faktları açıqlayaraq Gülər Əhmədovanın, həmçinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına çox sərt ittihamlar səsləndirib. DİA.AZ bildirir ki, amma buna rəğmən Gülər Əhmədovanın rəhbəri olduğu «merkez.az» saytında bu barədə nə heç bir xəbər yerləşdirilməyib, nə də keçmiş deputatın başqa-başqa KİV-lərə verdiyi açıqlamalara belə yer verilməyib. Hər halda, sabiq deputatın əlindəki mətbu orqandan hətta öz müdafiəsi məqsədilə belə istifadə etməməsi anlaşılan deyil… Geri qayıt |