Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ İNSANOVUN BƏDƏNİNDƏ YARALAR ƏMƏLƏ GƏLİB
ƏLİ İNSANOVUN BƏDƏNİNDƏ YARALAR ƏMƏLƏ GƏLİB2-01-2013, 16:25 |
KEÇMİŞ NAZİRİN YAXINLARI ONUN SƏHHƏTİNDƏN NARAHATDIR DİA.AZ: - Keçmiş səhiyyə naziri Əli İnsanovun səhhətində problemlər yaranıb. Bu barədə məlumatı DİA.AZ-a sabiq nazirin yaxınları bildirib. Xəbərə görə, son günlər saxlanma şəraitində problemlər yaranan Əli İnsanovun bədənində mənşəyi bilinməyən yaralar əmələ gəlib. Mənbənin söylədikləri: «Artıq bir həftədir ki, Əli İnsanovun bədənində güclü qaşınmalar var. Daha çox qaraciyərindən şübhə var. Ola bilsin ki, keçmiş nazir məhz qaraciyərindəki problemlərinin fəsadını yaşayır». Bununla bağlı penitensiar xidmətin rəhbərliyinə məlumat verəcəklərini bildirən mənbə onu da vurğuladı ki, istirahət günləri olduğundan Əli İnsanovla əlaqə saxlamaqda da problemlər yaradılır. Geri qayıt |