Əsas Səhifə > Gündəm, Manşet > NAZİRİMİZ YENƏ DƏ UDUZDU

NAZİRİMİZ YENƏ DƏ UDUZDU


16-11-2011, 14:11
NAZİRİMİZ YENƏ DƏ UDUZDU

AZAD RƏHİMOVUN TÜRKİYƏNİN QƏLƏBƏSİNƏ 100 MİN AVRO QOYDUĞU BİLDİRİLİR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, azartlı oyunlara böyük marağı olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu «mərəzi» səbəbindən hətta dəfələrlə «yuxarılar»ın qınağına tuş gəlib. Amma buna baxmayaraq, nazir yenə də məsələn, futbol qumarına olan aludəçiliyindən əl çəkə bilmir.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) Nazirlər Kabinetindəki etibarlı mənbələrdən daxil olan informasiyada bildirilir ki, dünən bütün Türkiyənin həyəcanla izlədiyi Xorvatiya-Türkiyə oyunu Azad Rəhimov üçün də əlahiddə olub.

Mənbə idida edir ki, nazir bu oyunda Türkiyənin qələbəsi üçün nə az, nə çox 100 min avro pul qoyubmuş. Həmin pulun İngiltərədə fəaliyyət göstərən totalizator kantorlarından birinin bank hesabına yatırıldığını bildirən qaynağımız əlavə olaraq onu da bildirdi ki, həmin matçı izləyə bilməsi üçün dünən nazir Bakı kənarındakı bağ evində dostları ilə birgə xüsusi ziyafət də təşkil edibmiş.

Qeyd edək ki, nazirin pul qoyduğu oyun heç bir komandanın qələbəsi ilə bitməyib. Qolsuz bərabərliklə ayrılan Türkiyə və Xorvatiyanın milli komandaları bu oyunları ilə Azad Rəhimovun şəcsi büdcəsinə 100 min avroluq ziyan vurmuş olublar.


Geri qayıt