Əsas Səhifə > Güney Press, Araşdırma > "BAZARKOM" MİLLİ QƏHRƏMANIN AİLƏSİNƏ QAN UDDURUR

"BAZARKOM" MİLLİ QƏHRƏMANIN AİLƏSİNƏ QAN UDDURUR


2-01-2013, 16:13
"BAZARKOM" MİLLİ QƏHRƏMANIN AİLƏSİNƏ QAN UDDURUR
PROKURORLUĞA MÜRACİƏT OLUNDU

“Atamın bazar rəhbərliyi tərəfindən təhqir olunmasın qəbul edə bilmirik. Ailəmiz gərginlik içərisindədir. Axı Mehdi Əhmədova kim səlahiyyət verib ki, milli qəhrəmanın ünvanına təhqiramıiz ifadələr işlətsin. Yerli hüquq-mühafizə orqanlarına müraciət etsək də, bu günə kimi problemlə maraqlanan olmayıb. Bibim Sənəm Fərzəliyeva bazardakı köşkümüzün taleyi ilə maraqlanarkən, Mehdi Əhmədovun təhqiramiz ifadələri ilə qarşılaşıb. Beyləqan rayon mərkəzi bazarının rəhbəri Mehdi Əhmədov digər satıcıların yanında ailəmizə qarşı bu sözləri işlədib: “Nə olsun ki, milli qəhrəman ailəsisiz. Mən milli qəhrəman “zad” tanımıram. Men sizə köşk verməyəcəm. Gedin nə edirsiz edin.5 min manat gətirməsəniz sizə köşk verməyəcəm. Birdə o, küçüyə deyin mənim yanıma gəlməsin”-deyə M.Əhmədov deyib.
Gunxeber.com-un məlumatına görə, artıq baş verənlərlə bağlı Beyləqan rayon Prokurorluğuna müracət olunub. Müraciətin mətnin olduğu kimi təqdim edirik: “Yazıb sizə bilidirəm ki, 1993-cü ildən məcburi köçkün həyatı yaşayırıq. Elə didərgin düşdüyümüz ildən Beyləqan rayonunda məskunlaşmışıq. Maddi cəhətdən çətinliyimiz olduğuna görə, Beyləqan rayon Mərkəzi Bazarında, bazara rəhbərlik edən Əhmədov Mehti Məhyəddin oğlundan kiçik bizneslə məşğul olmaq üçün köşk almışdıq. Bu günə kimi köşk üçün ödədiyimiz icra haqqı 1500 manat dəyərindədir. Bazarın rəhbəri Mehdi Əhmədov iki ay bundan qabaq köşkümüzü əlimizdən aldı. Səbəb göstərdi ki, həmin köşkün hazırki qiyməti 5 min manatdır. "BAZARKOM" MİLLİ QƏHRƏMANIN AİLƏSİNƏ QAN UDDURUR
Köşkü yenidən qiymətləndirdiyini deyən M.Əhmədov 5 min manat məbləğində pul verməli olduğumuzu bildirdi. Dedi ki, əgər pulu verməsəniz köşkü sizə verməyəcəyəm. Onu da dedi ki, 5 min manat versəz də sizə heç bir sənəd verməyəcəm. Mənim 5 min manatım olmadığına görə, Cənab prokuror, Mehdi Əhmədov vəzifə səlahiyyətlərini aşaraq köşkə vurduğumuz qıfılı bizdən xəbərsiz, biz orda olmadığımız vaxt, qapısının qıfılınlı sındıraraq özü ilə gətirdiyi qıfılla əvəzləyib. Bildirirəm ki, xırda bizneslə məşğul olmaq üçün 5 min manat məbləğində, Bakı şəhərindən alıb gətirdiyimiz yay və payız geyim paltarların dələduzluq edərək köşkün içində saxlamışdır.
Bildirirəm ki, həmin köşkün gətirdiyi gəlirlə qardaşım milli qəhrəman Pəhləvan Fərzəliyevin də başsız qalmış ailəsi dolanırdı. Onu da əlavə edirəm ki, bonkamat kartlarımız da həmin köşkdə qalmışdır. İndiyənə kimi kartda olan 189 manat pulumuzu da ala biməmişik. Mehti Əhmədova dəfələrlə müraciət edib köşkün özümüzə qaytarılmasını istədim. Cavabında 5 min manatı gətirməsəniz sizə bu köşkdən heçnə düşməyəcək demişdir. M.Əhmədova sonuncu müraciətim 2012-ci ilin noyabr ayının 6-na təsadüf etdi. Həmin gün köşk üçün müraciət etsəm də M.Əhmədov məni iş yoldaşım Güvhər Muradxanova və digər satıcı yoldaşlarımın yanında təhqir edib söymüşdür. Mən ona dedim ki, bu köşkdən milli qəhrəman qardaşımın da ailəsi dolanır, bu zaman Azərbaycanın Milli Qəhrəmanı qardaşım Pəhləvan Fərzəliyevin ünvanına nalyiq ifadəlr işlədərək, onun şəhid ruhunu təhqir etmişdir.
Cənab prokuror, vətən torpağı uğrunda şirin canından keçən milli qəhrəman qardaşım Pəhləvan Fərzəliyevin şəhid ruhunu təhqir edən, Mehti kimi küncdə-bucaqda qaçıb gizlənmiş, bazarda dələduzluqla məşqul olan, onun bunun min əziyyətlə qazandığı çörəkpulununa göz tikib əlindən alan adamlar hüquq mühavizə orqanları tərəfindən cəzasız qaldıqca, daha da azğınlaşırlar.
Cənab prokuror, iki aydan bəri vəzifə səlahiyyətini aşmış, bazarda dələduzluq edən Mehti Əhmədov tərəfindən köşkün qapısı bağlanaraq, xırda alvermizi etməyə imkan verilmədiyi üçün, yaşayış vəziyyətimiz acınacaqlı hala düşmüşdür. Vegi ödəyicisi olduğumuza görə, bu günə qədər dövlət rüsumunu da ödəyə bilməmişik. Mehti Əhmədovun özbaşnalığı ucbatından, yay-payız mövsümü üçün satmağa gətirdiyimiz 5 min manat dəyərində geyim paltarları öz maya dəyərini də itirmişdir. Bizim ailəyə qeyd etdiyim məbləğdə maddi ziyan dəymişdir.
Cənab prokuror, odur ki, mərkəzi kalxoz bazarına icarədar kimi rəhbərlik edən M.Əhmədov, indiyə qədər 1500 manat icarə haqqı ödədiyimiz köşkü dələduzluq edərk həmin köşk üçün yenidən 5 min manat tələb edən, özbaşnalıq edərək satacağım 5 min manat dəyərində geyim paltarlarının, bankomat kartlarımızı köşkün içərisində saxlayaraq, biz olmadığımız vaxt köşkün qıfılını dəyişdiyinə görə, vətən torpağı uğrunda həlak olmuş qardaşım Milli Qəhrəman Pəhləvan Fərzəliyevin şəhid olmuş ruhunu təhqir etdiyinə görə cəzalandırılmasını və bizim ailəyə 5 min manatdan çox vurduğu ziyanın onun tərəfindən bizə ödənilməsini sizdən xahiş edirəm.
Fərzəliyeva Sənəm Əhliman qızı

Geri qayıt