Əsas Səhifə > Sosial, Manşet > GÖMRÜKDƏ BU İL ÜÇÜN NƏ QƏDƏR PUL OĞURLANDI?

GÖMRÜKDƏ BU İL ÜÇÜN NƏ QƏDƏR PUL OĞURLANDI?


2-01-2013, 13:18
GÖMRÜKDƏ BU İL ÜÇÜN NƏ QƏDƏR PUL OĞURLANDI?
HƏTTA GÖMRÜK KOMİTƏSİNİN RƏSMİ RƏQƏMLƏRİNDƏ DƏ CİDDİ KƏSİR VAR

DİA.AZ: - Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) noyabrda gömrük rüsümları və vergilərinin yığılması sayəsində dövlət büdcəsinə 104,23 milyon manat köçürüb. Bu barədə Komitədən məlumat verilib.
Noyabrda gömrük rüsumlarından daxilolmalar 7,59 milyon manat, idxal edilən malların ƏDV-si 87,54 milyon manat, aksizlər üzrə 7,67 milyon manat, yol vergisi üzrə 1,44 milyon manat təşkil edib.
Ümumilikdə, 11 ay ərzində DGK-nın dövlət büdcəsinə köçürmələri 1,09 milyard manatı ötüb.
2011-ci il üçün DGK xətti üzrə ödənişlərin proqnozu 1,14 milyard manat məbləğində müəyyənləşdirilib. 2012-ci il üzrə proqnoz 1,2 milyard manat təşkil edir.

DİA.AZ bildirir ki, elə açıqlanan rəqəmlərdən də aydın olur ki, gömrük orqanları proqnozlaşdırılan rəqəmin heç də hamısını yerinə yetirə bilməyiblər. Amma büdcəyə rəva bilinməyəni heç də 60 milyon manat deyil. Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, əslində Azərbaycanda gömrükdən bir il ərzində 2 milyard manata yaxın vəsait toplanılır ki, bu məbləğin də kifayət qədər əhəmiyyətli hissəsi mənimsənilir. Söhbət 900 milyon manat puldan gedir.

Mənbəmiz bildirir ki, keçən il isə vəziyyət daha biabırçı idi və büdcədən oğurlanan, gizlədilən vəsaitin həcmi 1 milyard manatın üzərində idi: «Bu il rəqəmlərlə bir qədər oynayaraq, oğurluq pulun həcmini azaltdılar».

Məlumatlara görə, hələ də gömrük orqanlarını nəzarətində saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərov büdcədən gizlədilən 900 milyon manatdan heç də xəbərsiz deyil, əksinə, həmin məbləğin böyük hissəsinə sahiblənən tərəfdir.

Geri qayıt