Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "QAÇQINKOM" ŞEFİNİN ŞOK MAXİNASİYALARI

"QAÇQINKOM" ŞEFİNİN ŞOK MAXİNASİYALARI


2-01-2013, 13:05
"QAÇQINKOM" ŞEFİNİN ŞOK MAXİNASİYALARI
ƏLİ HƏSƏNOV NECƏ PUL QAZANIR?

Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar. Üzülərək qeyd etməliyik ki, hər il payız-qış fəslində həmin ailələrin problemlərinin üstünə yeniləri əlavə olunur. Belə ki, tələbə şəhərciklərində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlər soyuq aylarda qaz və elektrik enerjisi, eləcə də su sarıdan əziyyət çəkirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu tip problemlərin yoluna qoyulduğunu bəyan etsə də, real mənzərə tamam başqa mətləblərdən xəbər verir. Belə ki, bu təbəqədən olan insanların rastlaşdıqları problemlər ildən-ilə aradan qalxmaq əvəzinə, sanki kimlərsə tərəfindən məqsədli şəkildə artırılır.
Apardığımız kiçik araşdırma zamanı məlum olub ki, məcburi köçkünlər üçün yay aylarında adambaşına 35 kvts, qış aylarında isə 45 kvts elektrik enerjisi verilir. Mavi yanacağa görə hər bir məcburi köçkün üçün müəyyənləşdirilən limit isə 35 kubmetrdir. Qaz verilməyən rayonlarda isə dövlət tərəfindən hər bir məcburi köçkünə 40 litr yanacaq verilir. Düzdür, bütün bunlar müvafiq sənədlər üzərində qeyd olunsa da, ortada əmma yaradan bir məsələ var ki, bu da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunan arayışlarla bağlıdır. Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bu gün məcburi köçkünlərə yaşayış yerindən arayışı təmənnasız deyil, müəyyən məbləğ qarşılığında verirlər. Bu cür hallar isə tələbə şəhərciklərilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında arayış probleminin yaranmasına səbəb olur. Belə ki, bu sahədə aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalar aparılmadığından ayrı-ayrı şəxslər yataqxanalardan tələbə adına olan otaqlardan arayış alır və həmin sənədləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edirlər. Bu yolla həmin şəxslər guya tələbə yataqxanalarında yaşadıqlarını sübuta yetirməyə çalışırlar. Əslində isə onlar heç də iddia etdikləri kimi, tələbə şəhərciklərində yaşamırlar. Bu, sadəcə olaraq, müəyyən güzəştlərin əldə olunması üçün atılan addımlardan biri kimi qiymətləndirilməlidir. "Qaçqınkom" isə bu cür faktları araşdırmadan, quruma təqdim olunan arayışların əsaslı və ya əsassız olduğunu yoxlamadan hər müraciət edən şəxsə müsbət cavab verir. Maraqlıdır, görəsən niyə?..
Məcburi köçkünlərin üzləşdiyi digər bir problem isə hər ay onlara verilən ağ neftin mənimsənilməsilə bağlıdır. Belə ki, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri Süleyman Abbasov dövlət tərəfindən hər ay məcburi köçkünlər üçün verilən 45 litr ağ nefti mənimsəyir. Gəncədə məşkunlaşmış məcburi köçkünlərin sözlərinə görə, artıq bir neçə aydır ki, Süleyman Abbasov ağ neftin olmadığını deyərək əvəzinə pul versə də, həmin pullarda azalma müşahidə olunur: "45 litr ağ neftə görə bizə 18 manat pul verilməlidir. Çünki ağ neftin bir litrinin qiyməti 45 qəpikdir. Süleyman Abbasov isə bizə 10 manat pul verir, 8 manatımızı mənimsəyir". Ağ neftin olmadığına inanmadıqlarını deyən məcburi köçkünlərin bildirdiyinə görə, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri onlara ayrılan ağ nefti sahibi olduğu yanacaqdoldurma məntəqəsində satdırır: "Süleyman Abbasov bu maxinasiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun adından istifadə edir. O deyib ki, guya o, məhz Əli Həsənovun tapşırığı əsasında hərəkət edir. Bizə deyir ki, "Qaçqınkom"un sədri artıq məcburi köçkünlərə ağ neftin verilməməsi barədə tapşırıq verib. Səbəb də budur ki, guya ölkənin enerji ehiyatları tükənmək üzrədir. Biz isə yaxşı başa düşürük ki, bütün bunlar nağıldır".
Məcburi köçkünlər hər il ailə tərkibi barəsində arayış alaraq müvafiq qurumlara təqdim etməlidirlər. Lakin bir çox hallarda tələb olunan arayışlar da məcburi köçkünlərə pulla satılır. Ayrı-ayrı şəxslər isə tələbələr yataqxanalarda yerləşmək üçün komendantlara rüşvət verirlər. Təəssüf ki, bütün bunlar həqiqətdir və aidiyyəti qurumlar tərəfindən tez bir zamanda araşdırılmasını tələb edən mühüm məsələlər sırasında qərarlaşıb... \ gundemxeber.az \

Geri qayıt