Əsas Səhifə > Siyasət, Manşet > YÜKSƏK RANQLI MƏMURUN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR

YÜKSƏK RANQLI MƏMURUN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR


2-01-2013, 12:56
YÜKSƏK RANQLI MƏMURUN HƏBSİNƏ TƏDARÜK GÖRÜLÜR
HAKİM DÜŞƏRGƏ TƏLAŞ İÇİNDƏ: DAXİLİ GƏRGİNLİYƏ İLK ZƏRBƏ GƏLİR

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Məlumatlı mənbənin DİA.AZ-a verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları yüksək çinli məmurlardan birinin həbsinə tədarük görürlər.

Mənbəmiz həmin həbsin hansı işlə əlaqədar olduğu barədə məlumatsız olduğunu söyləməklə yanaşı, bildirdi ki, daha çox ehtimal olunanı korrupsiya faktı ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycanda 2010-cu ilin fevral ayından etibarən korrupsiyaya qarşı mübarizə işinə start verilib. Və keçən ilin son aylarında prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə üzrə 2012-2015-ci illər üçün fəaliyyət proqramını təsdiqləyib.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu üç illik antikorrupsiya dönəmində çox ciddi addımların atılması da planlaşdırılır ki, həyata keçirilən həbs tədarükü də məhz bununla bağlıdır.

Mənbəmizin sözlərinə görə, son günlər iqtidar düşərgəsi daxilində hökm sürən məlum atmosferin darmadağın edilməsi məqsədilə antikorrupsiya tədbirlərinin gücləndirilməsi xeyli əvvəldən planlaşdırılıb. Bununla iqtidar cinahı həm mövqelərini möhkəmlətməyi və həm də toparlanmağı düşünür. Məlumatlarda o da bildirilir ki, gözlənilən həbs təhlükəsi səbəbindən bir çox məmurlar təlaş keçirirlər: «Onlarda da dolğun bilgilər mövcud olmadığından, hər kəs həyəcandadır».

Geri qayıt