Əsas Səhifə > Ölkə > OQTAY ŞİRƏLİYEV TOYXANALARDA

OQTAY ŞİRƏLİYEV TOYXANALARDA


16-11-2011, 14:04
OQTAY ŞİRƏLİYEV TOYXANALARDA

SƏHİYYƏ NAZİRLİYİ 45 SAHİBKARI CƏRİMƏLƏYİB

Səhiyyə Nazirliyi gigiyenik normalara cavab verməyən müəssisə sahibkarlarını cərimələyib. Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 45 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 643, mikrobioloji göstəricilərinə görə 565, toksikoloji göstəricilərinə görə 71, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji, 4-də toksikoloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2093 yaxma, 31 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkar edilib.

Oktyabr ayı ərzində əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş verib, 51 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 4 nəfər zərərçəkən olub, 1 nəfər vəfat edib.


Geri qayıt