Əsas Səhifə > Dünya > UQO ÇAVES ÖLÜM AYAĞNDA

UQO ÇAVES ÖLÜM AYAĞNDA


2-01-2013, 12:24
UQO ÇAVES ÖLÜM AYAĞNDA
PREZİDENT HƏR AN ÖLƏ BİLƏR

Dekabrın əvvəllərində onkoloji xəstəliklə əlaqədar əməliyyat keçirmiş Venesuela Prezidenti Uqo Çaves son bir neçə gündür ki süni koma vəziyyətindədir. Bu barədə Trend İspaniyanın "АВС" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, istənilən vaxt Çavesin həyat fəaliyyətini dəstəkləyən aparaturadan ayrılması haqqında qərar qəbul edilə bilər ki, bu da faktiki olaraq pasiyentin ölümü deməkdir.

Venesuela hakimiyyətinin rəsmi nümayəndələri Çavesin vəziyyətinin sabit olduğunu bildirirlər. Ölkənin elm və texnologiyalar naziri Xorxe Arreas vətəndaşları liderin səhhətinin ağır olması barədə şayiələrə inanmamağa çağırıb.

Qeyd edək ki, yanvarın 10-da Çavesin yeni müddətə, yəni 2019-cu ilədək Venesuela Prezidenti postuna inauqurasiyasının keçirilməsi nəzərdə tutulub. Xəstəliklə əlaqədar tədbirin daha gec müddətə təxirə salınacağı və hətta Çavesin müalicə aldığı Havanada and içəcəyi istisna edilmir.

Geri qayıt