Əsas Səhifə > Cəmiyyət, Manşet > OLİQARXLARIN SƏBAYEL UĞRUNDA BÖYÜK SAVAŞI
OLİQARXLARIN SƏBAYEL UĞRUNDA BÖYÜK SAVAŞI1-01-2013, 15:08 |
İCRA BAŞÇISI KİMLƏRİN OYUNUNA CƏLB OLUNUB? DİA.AZ: - Səbayel rayon icra başçısı Asif Əsgərov rayonun iri ticarət obyeklərini ələ keçirməyə çalışır. Buna görə icra başçısı bir neçə nazir oliqarxla üz-üzə gəlib. Səbayel rayon icra başçısı Asif Əsgərovun rayon ərazisində yerləşən bir neçə restoranın sahibi ilə münasibəti kəskinləşib. İcra başçısı ilə restoran sahiblərinin münasibətinin kəskinləşməsinə səbəb onun həmin obyektlərə əl qoyması olub. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, icra başçısı iri restoran və tiğarət obyektlərinin sahiblərinə böyük məbləğdə pul təklif edərək, sözügedən obyektləri satın almaq istəyib. Ancaq icra başçıının bu istəyi iş adamları tərəfindən rədd edilib. Çünki həmin obyektlərin iri ranqlı oliqarx-məmurların olduğu, sadəcə onlara yaxın şəxslər tərəfindən yönləndirildiyi bildirilir. İcra başçısının son addımları rayonda ciddi problemlər yaradıb. Sahibkarlar və onların himayə edən məmurların da bu savaşa qoşulduğunu deyən mənbə yaxın günlərdə rayonda ciddi və qalmqallı hadisələrin baş verəcəyini iddia edir. Rayon icra hakimiyyətindəki şəxsin verdiyi məlumata görə, icra başçısı bundan əvvəl də rayonda bir neçə iri ticarət obyektini satın alıb. Həmçinin onun əslən iranlı olduğu iddia edilən Sədri Salamian adlı iranlı bir iş adamı ilə ortaq ələaqələrinin olduğu deyilir. Həmin şəxsin Bakının “Tarqovıy” deyilən ərazisində böyük bir ticarət mərkəzinə rəhbərlik etdiyi bildirilir. Hətta onun haqqında əvvəllər də mətbuatda məlumat verilib. Məlumata görə, icra başçısı kurasiyasına daxil olduğu oliqarxın xüsusi tapşırığı ilə rayonda obyektləri olan digər oliqarxlara savaş açıb. Onun rayon ərazində mövcud olan və insanları aldadan, bahalı abarlardan da bir neçəsinə nəzarət etdiyi iddia olunur. Mənbənin sözlərinə görə, bu obyektlərə bilavasitə icra başçısının yaxın adamları nəzarət edir. Hazırda Səbael rayonunda məmur-sahibkar savaşının başladığı vurğulanır. Böyük pullar uğrunda böyük savaşa başlayan məmurların heç biri rayonu bir-birinə güzəştə getmək istəmir. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |