Əsas Səhifə > Dünya > İRAN TAM OLARAQ TÜRK ÖLKƏSİDİR

İRAN TAM OLARAQ TÜRK ÖLKƏSİDİR


16-11-2011, 13:25
İRAN TAM OLARAQ TÜRK ÖLKƏSİDİR

75 MİLYONLUQ NÜFUSUN 43 MİLYONU AZƏRBAYCAN TÜRKÜDÜR

İranda oktyabrın 24-dən noyabrın 13-dək əhalinin siyahıya alınması prosesi həyata keçirilib. Noyabrın 14-15-də isə evdə olmayan şəxslər siyahıya alınıblar. Bununla da əhalinin siyahıya alınması prosesi başa çatıb. Bunu İranın Statistika Mərkəzinin əhalinin siyahıya alınması üzrə idarəsinin katibi Taha Nurullahi deyib. Bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Nurullahi bildirib ki, ilkin nəticələrə görə, ölkə əhalisinin sayı 75 milyon nəfərdir və əhalinin siyahıya alınması ilə bağlı son nəticələr yaxın günlərdə açıqlanacaq.

İranda əhalinin siyahıya alınması 5 ildən bir keçirilir.

Qeyri rəsmi məlumatlara görə, İranda son rəqəmlərə görə, Azərbaycan türklərinin sayı 43 milyona çatıb. Eyni zamanda 5 milyon Qaşqay türkü də qeydə alınıb. Toplam olaraq isə İranda türkdilli xalqların ümumi sayının 50 milyona ulaşdığı bildirilir.


Geri qayıt