Əsas Səhifə > Hadisə > ŞAMAXIDA ARVADINA QƏZƏBLƏMİŞ ƏR GÖRÜN, NEYNƏDİ

ŞAMAXIDA ARVADINA QƏZƏBLƏMİŞ ƏR GÖRÜN, NEYNƏDİ


1-01-2013, 13:26
ŞAMAXIDA ARVADINA QƏZƏBLƏMİŞ ƏR GÖRÜN, NEYNƏDİ
QALXDI EVİNİ YANDIRDI

Şamaxıda ər və arvad arasında yaranmış münaqişə ev yandırılması ilə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, ötən gecə, bayram axşamı baş verib.

Rayon sakini Vüsalə Babayevaya məxsus, sahəsi 108 kvadrat metr olan 1 mərtəbəli 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunsa da, evin 60 kvadrat metr sahəsi tamamilə yanıb.

Yanğınsöndürənlər digər hissəni mühafizə edə biliblər.

Məlumata görə, evin yanmasına ərlə arvad arasındakı münaqişə səbəb olub. Belə ki, bir neçə ay əvvəl həyat yoldaşı Elxanla dalaşan Vüsalə Babayeva ondan polisə də şikayət edib.

Bu hadisədən 3 gün əvvəl evə sərxoş vəziyyətdə gələn Elxan həyat yoldaşını bıçaqla hədələyib. Buna görə də V. Babayeva atası evinə gedib.

Ötən gecə saat 24.00 radələrində isə qonşuları zəng edərək, ona həyat yoldaşının evini yandırdığını deyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Geri qayıt