Əsas Səhifə > Dünya > TÜRKİYƏ SURİYANI DİVARA DİRƏYİB

TÜRKİYƏ SURİYANI DİVARA DİRƏYİB


16-11-2011, 13:21
TÜRKİYƏ SURİYANI DİVARA DİRƏYİB

“HAZIRDA BİZ SURİYAYA ELEKTRİK ENERJİSİ VERİRİK”

Son günlər Türkiyə-Suriya münasibətlərinin gərginləşməsi fonunda rəsmi Ankara Dəməşqi elektrik enerjisini kəsə biləcəyi ilə hədələyib.

“Milliyet”in xəbərinə görə, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız Bəşər Əsəd rejiminə sərt xəbərdarlıq edib.

Onun sözlərinə görə, artıq “Türk Petrolları Anonim Ortaqlığı” (TPAO) şirkəti Suriya Neft Şirkəti ilə 6 quyuda apardığı kəşfiyyat işlərini dayandırıb: “Hazırda biz Suriyaya elektrik enerjisi veririk. Amma orada vəziyyət bu şəkildə davam edərsə və xüsusən söhbət insanlıq əleyhinə cinayətlərdən gedirsə, bu məsələni yenidən nəzərdə keçirmək məcburiyyətində qalacağıq”.

Taner Yıldız məsələni baş nazir Rəcəb Tayyib Ərdoğan qarşısında qaldıracağını da söyləyib.

Qeyd edək ki, bu ilin mart ayınında Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb və hökumətə qarşı ümummilli hərəkata çevrilib. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir. Baş verən toqquşmalarda indiyədək 3500 nəfərdən artıq adam həlak olub. Ötən həftənin sonunda Bəşər Əsəd tərəfdarlarının Dəməşq və Hələb şəhərlərində Türkiyənin diplomatik nümayəndəliklərinə hücum etməsi Ankara və Dəməşq arasındakı gərginliyi pik nöqtəyə çatdırıb.


Geri qayıt