Əsas Səhifə > Ölkə, Manşet > DİQQƏT: KEÇMİŞ REKTOR HAY-KÜYLÜ VİDEO YAYACAQ

DİQQƏT: KEÇMİŞ REKTOR HAY-KÜYLÜ VİDEO YAYACAQ


26-12-2012, 15:44
DİQQƏT: KEÇMİŞ REKTOR HAY-KÜYLÜ VİDEO YAYACAQ
NAZİRLƏRDƏN BİRİ İSTEFA VERMƏK ZORUNDA QALACAQ

DİA.AZ: - «Hakimiyyət daxili münasibətlər olduqca gərgin həddədir və seçkilər ərəfəsində münasibətlər daha da şiddətli olayların məcrasına yön ala bilər». Bu ifadələri DİA.AZ-a hökumət içindəki qaynaq söyləyib. Mənbə iddia edir ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə başlanan kampaniyada bundan sonra çox ilginc sürprizlər gözlənilir.

Mənbənin sözlərinə görə, Elşad Abdullayev tərəfindən ölkənin nüfuzlu nazirlərindən biri ilə bağlı kompramat xarakterli videoçəkilişin açıqlanması da planlaşdırılır: «Əslində bu ciddi döyüşlər üçün siqnal rolunu oynayacaq. Həlledici mərhələyə keçidə tədarük gedir və bu dəfəki gizli videoçəkilişin ardından hətta könüllü istefalar da ola bilər».

Mənbəmiz konkret ad çəkməsə də, bildirdi ki, Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin komandasında budama əməliyyatı da növbəti videoqalmaqalla start götürmüş olacaq.

Geri qayıt