Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKININ MƏRKƏZİNDƏ SÖKHASÖKDÜR

BAKININ MƏRKƏZİNDƏ SÖKHASÖKDÜR


26-12-2012, 13:59
BAKININ MƏRKƏZİNDƏ SÖKHASÖKDÜR
"QOROTDEL"İN KEÇMİŞ BİNASI DA SÖKÜLÜB

Yeni il ərəfəsində hakimiyyət paytaxtın mərkəzindəki bir sıra köhnə obyektlərin və tikililərin sökülməsi işlərini sürətləndirib. Nəsimi rayonunda keçmiş Ketsxoveli küçəsində yerləşən Bakı Baş Polis İdarəsinin keçmiş beşmərtəbəli binası da sökülən obyektlərdən biridir.

Sovet dövründən qalan bu bina demək olar ki, iki ildir ki, boş qalmışdı, lakin bir necə günün içində sökülüb. Onun yerində nə tikiləcəyi hələlik məlum deyil. Qeyri-rəsmi məlumatlara görə, burada 36 mərtəbəli yaşayış binasının inşası planlaşdırılır.

Əvvəllər “Sahil” metro stansiyasının yaxınlığında yerləşən tikiş fabriki də sökülür. Söküntünün aparıldığı əraziyə üzərində memarlıq binasının əks olunduğu lövhə qoyulub və çox güman orada həmin bina tikiləcək.

Ümumilikdə, meriya nümayəndələri mərkəzdə və şəhər ətrafında köhnə binaların sökülməsi ilə bağlı geniş planlardan danışır. Əsasən yeni ildə gələcək Qış bulvarı ərazisindəki (Mirzağa Əliyev küçəsi), keçmiş Sovetski və hərbi hospitalın ərazisindəki evlərin söküntüsü davam etdiriləcək.

Bundan əlavə, Bayıl qəsəbəsində, Crystal Hall ərazisində yeni bulvara yaxın birmərtəbəli evlər və köhnə binalar sökülür.

Geri qayıt