Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOV RƏQİBİNİ TAM TƏCRİD EDİR

MİSİR MƏRDANOV RƏQİBİNİ TAM TƏCRİD EDİR


16-11-2011, 12:46
MİSİR MƏRDANOV RƏQİBİNİ TAM TƏCRİD EDİR

ELMAR QASIMOV DAHA BİR POSTUNU İTİRDİ

DİA.AZ: - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin bu gün keçirilən X məclisində komitənin Məclis və Rəyasət Heyətinə qismən dəyişiklik edilməsi barədə qərar qəbul olunub.

Məlumata görə, qərara əsasən təhsil nazirinin keçmiş müavini Elmar Qasımov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad edilib. Onun yerinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov təyin olunub.

Onu da xatırladaq ki, Elmar Qasımov bir zamanlar Misir Mərdanovun yerinə nazir postuna ən şanslı namizədlərdən biri kimi səciyyələndirilirdi. Hətta bir zamanlar BDU-da rektor köməkçisi olmuş 38 yaşlı Qasımovun nazir oa bilməsi üçün “yuxarılarla” təmasa keçdiyi də söylənilirdi.

Lakin Misir Mərdanov təhsildəki biabırçılıqları rəqibini üstünə ataraq çulunu sudan quru çıxarmağı bacardı.


Geri qayıt