Əsas Səhifə > Ölkə, Manşet > HESABLAMA PALATASI PUL TOPLAMAĞA BAŞLADI
HESABLAMA PALATASI PUL TOPLAMAĞA BAŞLADI25-12-2012, 14:23 |
HEYDƏR ƏSƏDOV “REYD”LƏRƏ ÇIXIB DİA.AZ: - Yeni il qabağı Hesablama Palatasının əməkdaşları "gücləndirilmiş iş rejiminə" keçiblər. DİA.AZ-ın məlumatına görə, bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, Hesablama Palatasının yoxlamalara rəhbirlik edən qurupun rəhbəri Fürsət adlı şəxs səlahiyyəti çərçivəsində Heydər Əsədovun adı altınta idarə və müəsissələrə qarşı total hücuma keçib. Verilən məlumatlara görə, son vaxtlar respubika üzrə palatanın əməkdaşları, o cümlədən qurumun əməkdaşı Fürsət adlı şəxs idarə və müəsissələrdə aparılan araşdırmalar nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bir sözlə palata əməkdaşları idarə və müəsissə rəhbərlərini “soymaq“ qərarına gəliblər. Xüsusilə Bakıda bir sıra idarə və müəsissələrdə (idarə və müəsissələrin adı bizə məlum olsada bu istiqamətdə araşdırmamız davam edir) yoxlamalar apararkən bir çox qurumlarda dövlət vəsaitlərinin talanması, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə halları aşkarlanıb. Lakin qurupun rəhbəri Fürsət adlı şəxs və palatanın əməkdaşları aşkarlanan qanunsuzluqları protokola salmayıb. İddialara görə, sözü gedən şəxs idarə və müəsissə rəhbərlərini birbaşa Heydər Əsədovun sifarişi ilə əməlli-başlı “soyuduğu” bildirilir. Məlumatlarda həmçinin bildirilir ki, adı çəkilən şəxs idarə və müəsissələrdən gələn vəsaitlərin "səmərəli istifadəsi" məqsədilə büdcə təşkilatlarına da əl qoyub. Belə ki, sistemli yoxlamaların aparılması vəzifə kimi qarşısına qoyan palatanın yoxlamalara rəhbərlik edən rəsmi şəxsi Heydər Əsədovdan gizli pul toplamaqla məşğuldur. Bunu sadəcə Heydər Əsədovun sifarişi ilə etdiyini bildiriən qurumun əməkdaşı əks təqdirdə idarə və müəsissə rəhbərlərinin məsul şəxslərini vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurduqlarına görə Baş Prokururluqda cavab verəcəkləri ilə də hədələyir. Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin... Geri qayıt |