Əsas Səhifə > Ölkə, Manşet > ƏLİ HƏSƏNOV «RESPUBLİKA»NI GÖR NƏ GÜNƏ QOYUB

ƏLİ HƏSƏNOV «RESPUBLİKA»NI GÖR NƏ GÜNƏ QOYUB


25-12-2012, 12:59
ƏLİ HƏSƏNOV «RESPUBLİKA»NI GÖR NƏ GÜNƏ QOYUB
RƏSMİ QƏZETİN DƏ NƏŞRİYYATA BORCU VAR İMİŞ

DİA.AZ: - Bir neçə gün əvvəl, daha dəqiqi «qiyamət günü» - 21 dekabr tarixində «Azərbaycan» Dövlət Nəşriyyatında da qiyamət qopmuşdu. Belə ki, nəşriyyatın elektrik enerjisinə və təbii qaza görə borcunun yığılıb qalması səbəbindən ciddi problemlərlə üzləşdiyi söylənilir və buna görə də nəşriyyatın rəhbərliyi də eyni qaydada davranaraq borcu olan qəzet redaksiyalarının işçilərini nəşriyyata buraxmamaq barədə göstəriş vermişdi.

Beləliklə qarşılıqlı təzyiqlər hesabına «Azərbaycan» nəşriyyatı qəzet redaksiyalarından borcun müəyyən hissəsini yığaraq «Azenerji»ni razı salmağa müvəffəq olsa da, problem hələ də ciddiliyini qoruyur. Bu arada isə DİA.AZ maraqlı bir faktı əldə edhib. Məlum olur ki, «Azərbaycan» nəşriyyatına borcu olanlar heç də təkcə müxalifət və müstəqil mətbuat deyil.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, nəşriyyatın ərazisində yerləşən və Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin, «Bakraboçiy» qəzetinin dövlət nəşriyyatına borcu olmasa da, Prezident Administrasiyasının orqanı olan və «Respublika» qəzetinin də nəşriyyata külli miqdarda külli miqdarda borcu var.

Xatırladaq ki, bir müddət əvvəl «Respublika» qəzetinin rəhbərliyi ilə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov arasında ciddi problemlərin olduğunu bildirmişdik və qeyd etmişdik ki, məlum səbəbdən «Respublika» qəzeti ən az dotasiya alan rəsmi orqan olmaqla yanaşı, həm də bu qəzetin abunə işlərinə də PA tərəfindən problemlər yaradılır. Halbuki qəzet elə PA-nın orqanıdır.

İndi isə aydın olur ki, Ramiz Mehdiyevin qəzetinin həm də borcu var imiş.

Geri qayıt