Əsas Səhifə > Siyasət, Manşet > KİM MÜDAFİƏ NAZİRİ OLMAQ İSTƏYİRDİ?

KİM MÜDAFİƏ NAZİRİ OLMAQ İSTƏYİRDİ?


16-11-2011, 12:39
KİM MÜDAFİƏ NAZİRİ OLMAQ İSTƏYİRDİ?

SƏFƏR ƏBİYEVƏ QARŞI QÜVVƏLƏR GERİ ÇƏKİLMƏLİ OLUBLAR

DİA.AZ: - Bir müddət əvvəl milli ordu sistemində çox ciddi təlatümlər yaşandı. Və hətta şaiyələr də yayılmağa başladı ki, hakimiyyət müdafiə naziri postunda dəyişiklik edərək Səfər Əbiyevin yerinə hazırda prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri postunu tutan general Vahid Əliyevi nazir postuna gətirmək qərarını verib.

Lakin bunların heç biri baş vermədi. Doğrudur, Vahid Əliyev Milli Ordu sistemində yoxlamalar həyata keçirmə hüququ əldə etdi, lakin bu nəticələrin özü belə nazir postunda hər hansı yeniləşməə nədən olmadı. Əksinə, son günlər Səfər Əbiyevin mövqelərinin daha da güclənməsi xəbəri yayılıb.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) məlumatlandıran hərbi qaynaqların bilgisində vurğulanır ki, Səfər Əbiyev ən azından 2013-cü ilin prezident seçkilərinə qədər müdafiə naziri postunda qalacaq: «Doğrudur, bəzi qruplaşmalar onu yıxmağa çalışırdılar. Amma istəklərinə nail ola bilmədilər. Artıq milli ordu sistemində tam olaraq sakitçilikdir və Səfər Əbiyevə qarşı fəaliyyət göstərən bütün qruplaşmalar yerində oturdulub».

Mənbəmiz bildirir ki, buna səbəb prezidentin yenə də Səfər Əbiyevə stavka etməsidir: «Prezident də artıq ordudakı qruplaşmalardan məlumatlıdır və son zamanlar mətbuat səfhiələrinə yol tapan materialların qaynaqları da tam olaraq müəyyən edilib. Hər halda, kimlərinsə nazir postuna gətirilməsi, kimlərinsə bu postdan uzaqlaşdırılması üçün müharibə şəraitində olan bir ölkənin ordusunun mətbuat səhifələrində hədəfə alınması heç bir məntiqə sığmayan bir hadisədir və elə buna görə də prezident bu məsələdə nazirin mövqelərinə dəstək verib».


Geri qayıt