Əsas Səhifə > Şou-biznes > REGİON MÜĞƏNNİSİ MEYDAN SULADI

REGİON MÜĞƏNNİSİ MEYDAN SULADI


25-12-2012, 11:10
REGİON MÜĞƏNNİSİ MEYDAN SULADI
ŞOU-BİZNES QALMAQALI İNDİ DƏ ƏYALƏTDƏ

EL televiziyasında yayımlanan “Dinlə məni” verilişində region müğənnisi Oktay Vəliyev yeni bir qalmaqala imza atdı.

"Azərbaycan şou-biznesində özlərini ulduz kimi təqdim edən müğənnilər qalmaqalla gündəmə gəlirlər, - deyən Oktay Vəliyev daha sonra bildirib, - əgər bizim şou-biznesdən kimisə uzaqlaşdırmaq şansım olsaydı, mənim seçimim məhz müğənni Natavan Həbibi olardı".

Natavan Həbibinin hər sözü, geyimi, hərəkətləri Oktay Vəliyevi o qədər qıcıqlandırır ki, o hətta efirdə müğənnini gördüyü zaman kanalı dəyişmək məcburiyyətində qaldığını bildirdi.

"Dinlə məni" verilişi vasitəsilə Oktay Vəliyev Natavan Həbibi ilə yanaşı, meyxanaçı Üzeyirə də onun adını meyxanasında çəkməməsi ilə bağlı ismarıc göndərdi... Bütün bunlar daha ətraflı həftənin şənbə günü saat 21:15-də ELTV də yayımlanan “Dinlə məni” verilişində.

P.S. Qarşı tərəfin mövqeyini dinləmək üçün EL TV-nin “Dinlə məni” verilişinə dəvət edirik.

Geri qayıt