Əsas Səhifə > Dünya > DÜNYANIN GƏLƏCƏYİ İLƏ BAĞLI BƏDBİN PROQNOZ

DÜNYANIN GƏLƏCƏYİ İLƏ BAĞLI BƏDBİN PROQNOZ


25-12-2012, 10:34
DÜNYANIN GƏLƏCƏYİ İLƏ BAĞLI BƏDBİN PROQNOZ
AVROZONA ÇÖKÜŞ ƏRƏFƏSİNDƏ

"Financial Times" qəzeti dünyanın gələcək maliyyə vəziyyəti haqqında bədbin proqnozlar irəli sürüb. Qəzetin saytının yaydığı məlumata görə, artıq təzə ildən dünya yeni qlobal maliyyə böhranı ilə üzləşə bilər. Bu barədə kraliça beynəlxalq əlaqələr institutunun rəhbəri De Anne Culius məlumat verir. “Bir və ya bir neçə ölkə avrozonanın tərk edə bilər.

Zorakılıq isə bütün Yaxın Şərqi bürüyə bilər. ABŞ-a gəldikdə, istisna deyilki, amerika konqresi ölkəni maliyyə aşırımından böhrana yuvarlasın. Çin və qonşuları arasında adalar üstündə ciddi mübahisə yarana bilər və buna ABŞ müdaxilə edə bilər” deyə institutun rəhbəri ehtimal edib. Xanım Culiusun fikrincə ən böyük təhlükə bu kimi hadisələrin dünyada yeni maliyyə böhranına yuvarlaya bilməsidir. Ekspert bunu 3 faktorla izah edir. Birinci faktor dünya iqtisadiyyatının 2007-2008-ci il böhranının “zərbəsindən” hələ də özünə gələ bilməməsidir.

İkinci məsələ, iqtisadi siyasətin artıq özünütükətməsidir, belə ki, istər maliyyə istər pul kredit siyasəti artıq öz effektivliyini itirib.Sonda institut rəhbərinin fikrincə 3-cü səbəb isə dünya ölkələrində siyasətin zəifləməsidir . Davamlı şəkildə aparılan iqtisadi tədbirlər, bir çox hakim partiyalarının ürəyincə olmur və dəstəklənmir.

Ekspert hesab edir ki, Avrozona ölkələri böyük təhlükə ilə üz üzədir. Yazda keçirilən seçkilərdən sonra İtaliyada yaradılmış koalisiyanın zəif olması və ya İspaniyada separatçıların müstəqil Kataloniya uğrunda aktiv fəaliyyətə başlaması nəinki vahid valyuta zonasının sonuna gətirə bilər, bu kimi hadisələr eyni zamanda yeni qlobal maliyyə böhranını tətiyinə çevrilə bilər.

Geri qayıt