Əsas Səhifə > Ölkə, Manşet > SAATLIDA 60 MİN MANAT QALMAQALI DAVAM EDİR
SAATLIDA 60 MİN MANAT QALMAQALI DAVAM EDİR24-12-2012, 14:26 |
BAŞ HƏKİM HƏTTA TİBB BACILARINA BELƏ AĞIZ AÇIB DİA.AZ: - Saatlı rayonunda biabırçı mənzərə əmələ gəlib. Rayondakı qaynaqlar tərəfindən DİA.AZ-a verilən xəbərdə bildirilir ki, rayon mərkəzi xəstəxanasının baş həkimi Ələkbər Əkbərov çətin durumda qalıb. Mənbə bildirir ki, baş həkim hələ bu ilin yayından rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikilib, hazır olmasına, hətta açılışının keçirilməsinə baxmayaraq, tam olaraq fəaliyyəti qura bilmir. Mənbənin söylədikləri: «Təsəvvür edin, hələ də köhnə xəstəxanadan köç başa çatmayıb və buna səhiyyə nazirliyindən əngəl olurlar». Mənbənin sözlərinə görə, səhiyyə nazirliyindən baş həkimdən yeni binaya köçməsi üçün 60 min manat pul istənilib: «Bu pulu öz hesabına ödəmək istəməyən Ələkbər Əkbərov da öz növbəsində tabeçiliyində olan həkimlərə, hətta tibb bacılarına belə haqq qoyub». Məlumatda o da bildirilir ki, elə tibb bacıları var ki, onlardan 300 manat istənilib: «Görünür, bu yolla baş həkim tələb olunan 60 min manatı toplamağı düşünür». Geri qayıt |