Əsas Səhifə > Güney Press, Araşdırma > RÖVNƏQ ABDULLAYEVƏ QARŞI QİYAM

RÖVNƏQ ABDULLAYEVƏ QARŞI QİYAM


24-12-2012, 12:46
RÖVNƏQ ABDULLAYEVƏ QARŞI QİYAM
ARDNŞ-İN İŞÇİLƏRİ GÜRCÜSTANDA TƏTİL EDİR

Gürcüstanın Kulevi neft terminalında fəhlələr tətil edir, tələbləri maaşlarının artırılması və daha yaxşı iş şəraitidir.

Ölkənin Birləşmiş Həmkarlar Təşkilatları bazar günü bəyanatında bildirib ki, tətil edən fəhlələr maaşlarının Kulevi terminalındakı xarici fəhlələr qədər olmasını istəyirlər. Onlar həmçinin işdən çıxarılmış yeddi işçinin işə bərpasını tələb edirlər.

200 fəhlə üçüncü gündür ki, işdən imtina edir.

Qara Dəniz sahilindəki Kulevi terminalı Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur. Şirkət terminalın modernləşməsinə 350 milyon dollar xərcləyib. Terminalda Azərbaycan nefti tankerlərə doldurulur və Qara Dəniz vasitəsilə daşınır.

Kulevi fəhlələri üç həftə öncə “xəbərdarlıq” tətili edib və həmkarlar ittifaqı yaradıb.

Geri qayıt