Əsas Səhifə > Siyasət, Manşet > YAP-DAN RAMİZ MEHDİYEVİN İSTEFA TƏLƏBİ GƏLƏCƏK

YAP-DAN RAMİZ MEHDİYEVİN İSTEFA TƏLƏBİ GƏLƏCƏK


24-12-2012, 12:38
YAP-DAN RAMİZ MEHDİYEVİN İSTEFA TƏLƏBİ GƏLƏCƏK
İQTİDARİÇİ ÇƏKİŞMƏLƏR YENİ MƏCRAYA YÖN ALIR: BU DƏFƏ FƏRQLİ SSENARİ

DİA.AZ: - Hakimiyyətiçi münasibətlər yenidən gərginləşmək üzərədir. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ilginc məlumatlar ötürülüb. Mötəbər mənbənin bildirdiyinə görə, prezident seçkilərinin yaxınlaşması nədənindən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı başlanan kampaniya daha da şiddətli xarakter alacaq.

Bildirək ki, bu vaxta qədər hələ ki fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı video çəkilişlər hesabına Mehdiyevə qarşı kampaniya aparılırdı. İndi isə artıq yeni bir dönəmə start veriləcəyi gözlənilir. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, yaxın günlərdə artıq ayrı-ayrı deputatların və məmurların Ramiz Mehdiyevin əleyhinə çıxışlar etməsi planlaşdırılır:

«Təbii ki, bu əsnada daha çox diqqətə gələni hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinə aid şəxslərin yeni prosesdə iştirakıdır. Onlar əsas hücumu edənlər olacaq».

Mənbəmiz bildirir ki, YAP rəhbərliyinə aid şəxslərdən birinin hətta Ramiz Mehdiyevin istefasını tələb etməsi də gözləniləndir: «Seçkilərə az qalıb. Və bu dönəmə qədər PA şefini tam olaraq təcrid etməlidirlər. Bu şəkildə hakimiyyətin seçkilərə getməsi isə heç də inandırıcı və mümkün deyil».

Geri qayıt