Əsas Səhifə > Siyasət, Manşet > KEÇMİŞ NAZİRLƏRİN ADLARI SİYAHIYA DÜŞMƏDİ

KEÇMİŞ NAZİRLƏRİN ADLARI SİYAHIYA DÜŞMƏDİ


23-12-2012, 15:51
KEÇMİŞ NAZİRLƏRİN ADLARI SİYAHIYA DÜŞMƏDİ
RAMİZ MEHDİYEV FƏRHAD ƏLİYEVLƏ ƏLİ İNSANOVUN ADINI NİYƏ ÇIXARTDI?

DİA.AZ: - Məlum olduğu kimi, Prezident yanında əfv komissiyası artıq öz işini yekunlaşdırıb və əfv olunması təklif edilənlərin siyahısı dövlət başçısına təqdim olunub. Onu da bildirək ki, həmin siyahının zaman-zaman prezident tərəfindən dəyişdirilməsi halları da müşahidə olunub. Yəni adları siyahıda olmayanların adlarının əlavə edilməsinə və yaxud da adları siyahıda olanların adlarının siyahıdan çıxarılmasına dəfələrlə rast gəlinib.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, prezidentə təqdim olunan siyahıda bir neçə vicdan məhbusunun və dindar məhbusların adları da yer alıb. Amma maraqlıdır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi komissiyanın yekun siyahısında yenə də keçmiş nazirlərin adları yer almayıb.

Bu barədə danışan mənbə iddia edir ki, əslində bir neçə hüquq-müdafiəçisi tərəfindən həm keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, həmçinin onun qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin və həm də keçmiş səhiyyə naziri Əli İnsanovun adları da siyahıya təqdim olunub. Lakin şəxsən Mehdiyevin müdaxiləsi ilə hər üç məşhur məhbusun adları siyahıdan çıxarılıb.

Mənbəmiz bildirir ki, sabiq nazirlərin yaxınları prezidentin siyahıya müdaxiləsinə ümid etməkdən başqa çarələri qalmayıb.

Geri qayıt