Əsas Səhifə > Cəmiyyət > ADİL ƏLİYEV KİMDƏN ŞİKAYƏTÇİDİR?
ADİL ƏLİYEV KİMDƏN ŞİKAYƏTÇİDİR?21-12-2012, 13:19 |
"HESABLAMA PALATASINA MÜRACİƏT EDƏCƏM" “Nərimanov rayonu ərazisində istilik sistemi yoxdur”. AzNews.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdəki çıxışı zamanı millət vəkili Adil Əliyev deyib. Deputat bildirib ki, şikayətçilərin əlindən qərargahına gedə bilmir: “İnsanlar gündəlik narazılıqlarını bildirirlər. Havalar soyuq olduğundan insanlar bu problemdən daha çox şikayət edirlər. Hazırda deputat olduğum ərazidən 200-ə yaxın sakinin istilik sistemi yoxdur. Aidiyyatı qurumlara müraciətim heç bir nəticə vermir. Bununla bağlı Hesablama Palatasına müraciət edəcəyəm”. Millət vəkili Siyavuş Novruzov bu məsələdə Adil Əliyevi dəstəkləyib. Geri qayıt |