Əsas Səhifə > Hadisə > BAKIDA ZƏNCİRVARİ QƏZA

BAKIDA ZƏNCİRVARİ QƏZA


21-12-2012, 12:57
BAKIDA ZƏNCİRVARİ QƏZA
QƏZA NƏTİCƏSİNDƏ YARALANANLAR VAR

Bu gün saat 11:10 radələrində Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Biləcəri-Xirdalan yolunda baş verib.

Belə ki, “VAZ-21015”, BMW, “Mercedes”, “Hyundai” markalı minik maşınları və kiçik tutumlu yük maşını toqquşub.

Nəticədə bir neçə nəfər yüngül xəsarət alsa da, xoşbəxtlikdən ölən olmayıb. Hadisə nəticəsində yolda maşın sıxlığı yaranıb. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt