Əsas Səhifə > Hadisə > BAKIDA 6-CI SİNİF ŞAGİRDİ YOXA ÇIXIB

BAKIDA 6-CI SİNİF ŞAGİRDİ YOXA ÇIXIB


21-12-2012, 12:25
BAKIDA 6-CI SİNİF ŞAGİRDİ YOXA ÇIXIB

Bakının Suraxanı rayonunda orta məktəb şagirdi yoxa çıxıb. Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 19-da 56 yaşlı qadın nəvəsinin itməsi barədə polisə müraciət edib.

Belə ki, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, bina 139 mənzil 117-də yaşayan Qalina Səlimova müraciətində bildirib ki, onunla birlikdə yaşayan 31.05.2001-ci il təvəllüdlü nəvəsi dekabrın 18-də gecə saat 00:00 radələrində evdən çıxıb və geri qayıtmayıb. İtkin düşmüş Səlimov Rüfət 278 saylı orta məktəbin 6-cı sinif şagirdirir.

Müraciətə əsasən polis dərhal axtarışlara başlayıb, araşdırma aparılır.

Geri qayıt