Əsas Səhifə > Partiya > YAP SEÇKİ GÜNÜ ƏT PAYLAYACAQ

YAP SEÇKİ GÜNÜ ƏT PAYLAYACAQ


21-12-2012, 11:42
YAP SEÇKİ GÜNÜ ƏT PAYLAYACAQ
"TƏŞVİQAT QANUNLA QADAĞANDIR"

2013-cü ilin prezident seçkiləri gününün Qurban bayramına təsadüf etməsi medianın müzakirə mövzusuna çevrililib. Mətbuatdakı iddialara görə, hakimiyyət sturkturları 16 oktaybr günü kasıb təbəqəyə qurban əti paylamaqla onların səsini almağa çalışacaq.
Moderator.az-a açıqlamasında isə YAP icra katibinin təşkilati məsələlər üzrə müavini Siyavuş Novruzov hakim partiyanın uzun illərdir ki, bayram günlərində xeyriyyə tədbirləri keçirdiyini deyib: “Həm Qurban bayramında, həm də digər bayramlarımızda YAP qocalar evləri, uşaq evlərinə gedib. Qurban bayramında da qurban kəsirik. Yenə də ənənəmizə sadiq qalacağıq. Ancaq bunu seçkiyə hər hansı bağlılığı yoxdur. Bunu həm partiya kimi, həm də ayrı-ayrı şəxslər kimi edirik. Amma bunu gətirib seçkilərə bağlamamaq gülncdür. Biz gələn ildə də bu ənənəmizə sadiq qalacağıq”.
Azərbaycanda prezident seçkilərinin müddətinin qanunla müəyyən olunduğunu vurğulayan YAP-çı deputat deyib ki, qanunvericilikdə prezident seçkilərinin oktaybr ayının üçüncü həftəsinin çərşənbə günü keçirilməsi nəzərdə tutulub: “Bu sırf qanunvericiliyin tələbləri ilə bağlı olan bir məsələdir. Onun ətrafında müzakirələr aparmaq isə müxalifətin məğlubiyyətini ört-basdır etmək üçündür”.
Siyavuş Novruzovun sözlərinə görə, hakim partiya qurban bayramında ət paylamaqla insanların səsini almağa da cəhd etməyəcək: “Əvvala həmin günü seçki təşviqatı qadağındır. Digər tərəfdən bizim buna ehtiyacımız oxdur. Əminik ki, bu seçkilərdə İlham Əliyevə xalq səs verəcək. Onun indiyədək olan fəaliyyəti bunu deməyə əsas verir”.

Geri qayıt