Əsas Səhifə > Şou-biznes > PİŞİK GÜNEL DEPRESSİYADAN ÇIXIB

PİŞİK GÜNEL DEPRESSİYADAN ÇIXIB


21-12-2012, 11:38
PİŞİK GÜNEL DEPRESSİYADAN ÇIXIB
MÜĞƏNNİMİZİ KİM XİLAS EDİB?

Təxminən 10 gün bundan əvvəl ağır depressiya yaşaması ilə medianın gündəminə gələn tanınmış estrada ulduzu Günel Ələkbərovanın əhvalında hər şey qaydasına düşür.

Təşkil olunan məclislərin birində fotokameramıza bəstəkar-müğənni Pərvin Lətifovla birlikdə tuş gələn Günel depressiv əhvaldan necə xilas olduğuna belə aydınlıq gətirdi: "Bu sevgidən yorulmadım" mahnısını sənətçi dostum Pərvin elə yazıb ki, məncə, əsl günahkar o idi (gülür).

Pərvin şəkillərimizi çəkəndə də bu barədə danışırdıq. Şükürlər olsun, tamlıqla depressiya yaşamadım, Allah-Təala bu hissi heç düşmənimə də yaşatmasın. Sadəcə, bir az kefsizləmişdim, qısa zamanda özümü toparlamağı bacardım. İnsan onu yoran, əzab verən hisslərdən qurtulmaq üçün yalnız yaxşılıq edib xoş işlər görməyə çalışmalıdır. Bu, yeganə xilas yoludur.

Tanıyanlar bilir, məlumatı olmayanlara da deyim ki, ürəyimdə əsla kiməsə qarşı kin saxlamıram. Məni daim pozitiv saxlayan əsas amil də budur. Müsbətimdən bütün sevənlərimə pay düşməsini arzulayıram".
\ milli.az \
Geri qayıt