Əsas Səhifə > Cəmiyyət > “AZERCELL”Ə QARŞI DAHA BİR MƏHKƏMƏ İDDİASI
“AZERCELL”Ə QARŞI DAHA BİR MƏHKƏMƏ İDDİASI15-11-2011, 17:22 |
“AZERFON” DA ƏN BÖYÜK MOBİL OPERATORU MƏHKƏMƏYƏ VERİR “Azerfon” MMC şirkəti “Azercell Telekom” MMC şirkətini məhkəməyə verib. APA-nın xəbərinə görə, “Azerfon” MMC pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddia əsasında məhkəmə prosesi başlayıb. Növbəti proses noyabrın 21-nə təyin olunub. Məlumata görə, “Azerfon” MMC iddia ərizəsində göstərib ki, “Azercell Telekom” MMC 4 sentyabr 2008-ci il tarixində şəbəkəsi istiqamətində 54 ədəd rabitə kanalından 14-nün fəaliyyətini qanunsuz olaraq dayandırıb. Bunun nəticəsində isə “Azerfon” MMC-yə 7 milyon 708 min 240 manat məbləğində zərər dəyib. “Azerfon” MMC iddia ərizəsində həmin məbləğin ödənilməsini tələb edir. Qeyd edək ki, hər iki şirkət arasında məhkəmə çəkişməsi 2009-cu ildən başlayıb. Belə ki, 2009-cu il iyulun 21-də “Azercell Telekom” MMC açıqlama yayaraq “Azerfon” MMC-nin onlara 11 000 000 manata yaxın məbləğdə ara bağlantı borcunun olduğunu elan edib. Bundan sonra isə “Azerfon” MMC yuxarıda qeyd olunan iddia ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin edib. Lakin bu dəfə “Azercell” MMC məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edib. İş baxılması üçün yenidən məhkəməyə qaytarılıb. Geri qayıt |