Əsas Səhifə > Cəmiyyət > REDAKTORLAR TOPLANDI
REDAKTORLAR TOPLANDI15-11-2011, 15:40 |
BİRLİKDƏ QƏZETLƏRİN PROBLEMİ MÜZAKİRƏ OLUNUB Noyabrın 15-i Redaktorlar Birliyinin iclası keçirilib. “Azadlıq” qəzetinin baş redaktoru Qəniməd Zahid “Media forum” saytına bildirib ki, iclasda “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı son vəziyyət və onun müdafiə məsələləri müzakirə olunub. “Təzadlar”, “Gündəm-Xəbər”, “Yeni Bakı”, “Gündəlik Bakı” qəzetlərinin üzləşdiyi hüquqi çəkişmələr də müzakirə edilib. İclasda Azərbaycanın internet məkanının təhlükəsizliyinin təmin olunması, milli internet resursunun qorunması üçün hazırlanmış müraciət müzakirə olunaraq qəbul edilib. Müraciət Milli Təhlükəsizlik Nazirliyinə göndəriləcək. Geri qayıt |