Əsas Səhifə > Ölkə > KƏBİRƏ MƏMMƏDOVADAN TALAN SİYASƏTİ

KƏBİRƏ MƏMMƏDOVADAN TALAN SİYASƏTİ


20-12-2012, 13:14
KƏBİRƏ MƏMMƏDOVADAN TALAN SİYASƏTİ
"BİNƏ"DƏKİ SAHİBKARLAR NARAZILIQ EDİR

“Binə” Ticarət Mərkəzində çalışan iş adamlarının Modern.az saytına verdikləri məlumata görə, təxminən 3-4 aydır ki, burada hər mağaza sahibindən 5 min manat pul tələb olunur. Sahibkarlar bildirirlər ki, bu 5 min manatın nə aylıq yığılan yerpuluna və nə vergiyə aidiyyatı var. Sadəcə, mərkəzin sahibləri “biz belə istəyirik” deyirlər.

“Nə üçün yığdıqlarını soruşduqda deyirlər ki, “bazar aeroport yaxınlığında olan vaxtlarda nə haqq vermisiniz ki? İndi əvəzini ödəməlisiniz". O vaxt aeroport yaxınlığındakı bazarı sökəndə və burada-Qaradağda yenisi tikiləndə bizə bu mağazalar pulsuz verilməli idi, amma bizdən hər kvadrat metrə görə 500 manata yaxın pul alındı. İndi də gəlib deyirlər ki, 5000 manat və əlavə olaraq da 3500 manat ödəməlisən. Burada satış o qədər yaxşı deyil, evə çörəkpulu apara bilmirik. Bunlar da durub bu qədər pul istəyirlər. Biz bunu necə ödəyək? Verməsək, mağazanı bağlayacaqlarını, içərisində olan mallara cavabdeh olmayacaqlarını, özümüzü də çölə atacaqlarını deyirlər. Bu ilin sonuna qədər bizə vaxt verilib”.

Məsələ ilə bağlı mərkəz rəsmilərinin fikrini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.

Geri qayıt