Əsas Səhifə > Siyasət, Manşet > VƏZİFƏSİNİ İTİRƏCƏK MƏMURLAR KİMDİR?

VƏZİFƏSİNİ İTİRƏCƏK MƏMURLAR KİMDİR?


20-12-2012, 12:54
VƏZİFƏSİNİ İTİRƏCƏK MƏMURLAR KİMDİR?
ONLARIN ARASINDA İCRA BAŞÇILARI VƏ NÜFUZLU MƏMURLAR DA VAR

DİA.AZ: - Hakimiyyət daxilində baş verən olayların yekunu olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəvdən alınacağı heç şübhəsizdir. Ən azından proseslərin inkişaf axarının bu istiqamətə yön alacağı gözlənildiyindən indidən Ramiz Mehdiyevin adamlarına qarşı güclü kampaniyanın başladığı da söz konusudur.

Bununla əlaqədar DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, artıq vəzifəsini itirəcək şəxslərin kimlikləri tam olaraq məlumdur və onların konkret siyahıları da tərtib olunub: «Kimlər yola salınacaq? Əsasən gələn ilin yanvar ayının əvvəllərindən start götürəcək kadr islahatları zamanı çox nüuzlu iki nazirin gedişi nəzərdə tutulub. Eyni zamanda davamlı şəkildə cərəyan edən kadr islahatları boyunca 16 rayonun icra başçısının də vəzifəsini itirəcəyi gözlənilir».

Mənbəmiz bildirdi ki, dünənə qədər Mehdiyevlə eyni səngərdə yer alan bir neçə məmur əks qütbə transfer olunmağı bacarıb: «Bu gün batan gəmiini tərk edənlər yetərincədir. Amma onların hamısının yeni komandada təmsilçilik hüququ qazanacağı heç də inandırıcı deyil».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, bu yaxınlarda ciddi bir addım atılacaq: «Hələlik tədarük görülür. Amma səs-küylü bir hadisə olacaq və Azərbaycan yeni il tətilinə böyük ajiotaj içində qədəm basacaq».

Geri qayıt