Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR

RAMİZ MEHDİYEVƏ QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR


20-12-2012, 11:12
RAMİZ MEHDİYEVƏ QARŞI CİNAYƏT İŞİ AÇILA BİLƏR
ELŞAD ABDULLAYEVİN BAKIYA GƏTİRİLƏCƏYİ TƏQDİRDƏ NƏLƏR OLACAQ?

DİA.AZ: - Son günlər lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin özünün belə hədəfə çevrilməsi müşahidə olunmaqdadır. Belə ki, dünənə qədər sabiq rektora ölkəyə gəlişi üçün təminat verməyə hazır olduğunu bildirən rəsmi Bakı təmsilçiləri indi də Elşad Abdullayevin Azərbaycana gətirilməsinin vacibliyindən və onun həbsi ehtimallarından danışırlar.

Bununla bağlı DİA.AZ-a məlumatı verən mötəbər mənbə iddia edir ki, əslində Elşad Abdullayevin bu gün yaydığı və yaymağa hazırlaşdığı bütün videoçəkilişlərin bir nüsxəsi Azərbaycanın xüsusi xidmət orqanlarına və dövlətin digər müvafiq strukturlarına göndərilib: «Sadəcə olaraq həmin videoçəkilişlərin hansı ardıcılıqla ictimailəşməsi məsələsi var və bu səbəbdən bəzən hücum hədəfi olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid cinah çaşqınlıq içində qalır».

Elə son hücumların fonunda da Mehdiyev qanadının hansı səviyyədə təlaş keçirdiyi aşkar surətdə göründü - deyən mənbəmiz iddia edir ki, Elşad Abdullayevin Bakıya gətirilməsi ideyası da təsadüfən ortaya atılmayıb: «Əslində keçmiş rektorun Bakıda açıq surətdə açıqlamalar verməsi proseslərdə həlledici məqam rolunu oynaya bilər. Yəni adam əlində dəlil-sübutu ilə Ramiz Mehdiyevi konkret cinayət əməllərində ittiham edir və bu halda PA şefinə qarşı cinayət işinin açılması belə labüdləşə bilər»,

Geri qayıt