Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYITDA 70 MİN MANATLIQ QALMAQAL

SUMQAYITDA 70 MİN MANATLIQ QALMAQAL


20-12-2012, 10:56
SUMQAYITDA 70 MİN MANATLIQ QALMAQAL
ƏBÜLFƏS QARAYEVİN İŞÇİLƏRİNDƏN ŞOK ƏMƏLİYYAT

Sumqayıtda daha bir qalmaqallı məsələnin üstü açılmaqdadır. TİA.AZ-a daxil olan məlumata görə, şəhərin Mədəniyyət və Turizm Şöbəsinin müdiri Namiq müəllim bu yaxınlarda «obnaliçka» yolu ilə 70 min manat pul qazana bilib. Bu barədə qeyd olunur ki, o, bu prosesi həyata keçirmək üçün «Texnikabank»ın Nərimanov və «Zamin bank»ın Sumqayıt filiallarının imkanlarından yararlanıb və onlarla «centelemen» sazişi imzalayıb.

Mənbə bildirir ki, 70 min manatın şöbənin hesabına köçürülməsi məsələsi «Ərgünəş» firmasının sayəsində mümkün olub. Beə ki, sözügedən firma hesabında olan pulun bir qismini Mədəniyyət və Turizm şöbəsinə verməklə onların mədəniyyət tədbirləri keçirməsinə yardımçı olub. Düzdür, bu prosesdə firmanın da müəyyən maraqları olub ki, bu barədə araşdırma aparırıq.

Amma Namiq müəllim həmin pulla Sumqayıtda mədəniyyət tədbirləri keçirmək əvəzinə, onların «əridilməsi»nə nail olub. Nəticədə, 70 min manat pulun taleyi qaranlıq olaraq qalıb. Bəzi rəsmi qurumlar bundan xəbər tutaraq, sözügedən məbləğin aqibətini soruşsalar da, Namiq müəllim onlara «fəaliyyət planı»nı və «keçirdiyi tədbirlər»in siyahısını təqdim etməklə prosesdən yaxasını qurtara bilib.

İddialara görə, Sumqayıt Şəhər Mədəniyyət və Turizm Şöğəsinin rəhbəri özünə problem yaranmasın deyə, yerli İcra Hakimiyyəti ilə də anlaşıb və onların «haqqı»nı çatdırıb. Elə bu səbəbdəndir ki, məsələdən xəbərdar olan aidiyyatı qurumların baş verənlərə göz yumduğu deyilir.

Geri qayıt