Əsas Səhifə > Ölkə, Manşet > ŞOK KADR İSLAHATLARI: ABUTALIBOV GEDİR

ŞOK KADR İSLAHATLARI: ABUTALIBOV GEDİR


18-12-2012, 12:59
ŞOK KADR İSLAHATLARI: ABUTALIBOV GEDİR
GƏNCƏNİN İCRA BAŞÇISI İSƏ BAKIYA GƏTİRİLİR

DİA.AZ: - Nəhayət ki, gözlənilən dəyişikliyə gedilir. Söhbət Bakı şəhər icra hakimiyyətinin başçısı postunu tutan Hacıbala Abutalıbovun vəzifəsindən alınmasından gedir. Xatırladaq ki, illərdir bu barədə mətbuatda yazılsa da, Hacıbala Abutalıbov əvəzolunmaz bir şəxs kimi öz postundakı mövqelərini qoruyub saxlamaqda idi.

Nazirlər Kabinetindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərdə qeyd olunuri ki, bu ilin yanvar ayının əvvəllərində nəzərdə tutulan dəyişikliklər əsasında Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsində islahatın aparılması planlaşdırılır:

«Hacıbala Abutalıbov vəzifəsindən alınır və onun başqa bir vəzifəyə təyin edilməsi də planlaşdırılır. Ola bilsin ki, Bakı merinə ya Prezident Administrasiyasında kuratorluq, ya da Nazirlər Kabinetində şöbə müdiri vəzifəsi verilsin. Hələlik dəqiqləşdirmələr aparılır».

Mənbəmizin sözlərinə görə, bu proses zamanı illərdir Bakı meri postunu arzulayan və hazırda Gəncəyə rəhbərlik edən Elmar Vəliyevin də arzuları çin olacaq: «Hacıbala Abutalıbovun yerinə Elmar Vəliyev gətirilir. Ən şanslı namizəd odur. Doğrudur, hazırda Şirvana rəhbərlik edən Mərdan Camalovun da şansları yetərincədir. Amma Elmar Vəliyevin məsələsi həll olunmuş kimidir».

Geri qayıt