Əsas Səhifə > Partiya > AMİP AKP İLƏ ƏMƏKDAŞLIĞA GEDİR

AMİP AKP İLƏ ƏMƏKDAŞLIĞA GEDİR


18-12-2012, 12:26
AMİP AKP İLƏ ƏMƏKDAŞLIĞA GEDİR
PARTİYALAR ARASINDA ANLAŞMA ƏLDƏ OLUNUB

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə əməkdaşlıq edəcək.

Bu barədə SalamNews-a AMİP-in sədri Yusif Bağırzadə məlumat verib.

O deyib ki, bu barədə razılıq bu günlərdə baş tutan Türkiyə səfəri zamanı əldə edilib. Bu günlərdə İstanbul şəhərində keçirilən konfrans çərçivəsində AKP-nin sədr müavini Süleyman Soylu ilə AMİP və AKP arasında əməkdaşlığın davamlı olması barədə şifahi şəkildə razılıq əldə olunub. Bunun nəticəsi kimi, gələn il Azərbaycan Milli İstiqlal Partiyasının Türkiyənin siyasi elitası ilə böyük görüşləri nəzərdə tutulur.

Geri qayıt