Əsas Səhifə > Cəmiyyət > QAFQAZ UNİVERSİTETİNDƏ QİYAM

QAFQAZ UNİVERSİTETİNDƏ QİYAM


18-12-2012, 12:17
QAFQAZ UNİVERSİTETİNDƏ QİYAM
TƏLƏBƏLƏR TƏQAÜD DAVASINA ÇIXIBLAR

Ötən həftənin şənbə günü Bakıda fəaliyyət göstərən Türk Anadolu Liseyindəki mənbəmizə istinadən Moderator.az saytı xəbər vermişdi ki, bir aydan artıq davam edən sayğac problemi həllini tapsa da yenidən “Azəriqaz”ın əməkdaşları onu söküb apararaq bu təhsil müəssisəni qışın oğlan çağında mavi yanacaqsız qoyublar. Saytımıza açıqlamalaında valideynlər iddia ediblər ki, əslində sayğac məsələsi bəhanədir və əsas hədəf digər özəl məktəblərdən fərqli və keyfiyyətli təhsil verməsiylə seçilən Türk Anadolu Liseyiylə sağlam rəqbət apara bilməyən bəzi səlahiyyətlilərin əliylə bu cür çirkin kampaniyalar vasitəsilə bu təhsil müəssisəsini sıradan çıxarmaqdır...
Moderator.az-a valideynlərin və liseydəki digər mənbəmizin iddialarını təsdiqləyən daha bir maraqlı xəbər daxil olub. Bildirilir ki. ölkənin ən nüfuzlu özəl ali təhsil müəssisələrindən hesab olunan və ənənəvi olaraq son illər TQDK – nın keçirdiyi imtahanlarda ən yüksək bal toplayan abituriyentlərin tərəddüd etmədən seçdikləri Qafqaz Universitetinə qarşı da gözümçıxdı kampaniyasına start verilib. Belə ki, ən yüksək ballar toplayaraq prezident təqaüdü alan tələbələr universitet rəhbərliyinin dəstəyi sayəsində təhsil haqlarından azad olunsalar da dövlətin onlara verməli olduğu 150 manatı ala bilmirlər. Yəni 150 manat prezident təqaüdünün 70 manatını qanunsuz olaraq Qafqaz Universiteti rəhbərliyinin boynuna qoymaqları azmış kimi yerdə qalan 80 manatı da ödəməkdən imtina edirlər. Artıq 3 aydır ki, yalnız universitet rəhbərliyindən zorla alınan 70 manatın hesabına dolandıqlarını deyən tələbələr ölkə prezidentindən soruşmaq istəyirlər ki, görəsən onun ayırdığı pulların yolunu hansı “Ərəbzəngi” kəsərək onlara çatmasını əngəlləyir. Universitetdəki adının çəkilməməsini istəyən çox mötəbər mənbəmizsə iddia edir ki, Qafqaz Universitetini də Türk Anadolu Liseyi kimi məqsədli şəkildə gözümçıxdıya salaraq fəaliyyət dairəsini məhdudlaşdırmaq istəyirlər: “Elə bunun nəticəsidir ki, bir müddət öncə universitetin maddi – texniki bazasını daha da genişləndirmək məqsədiylə qanuni yolla alınan 20 hektar sahənin də xeyli hissəssini sonradan onların əlindən zorla, hətta qışqırda – qışqırda alıblar. Bütün bunlar bu universitetin uğurlarını həzm edə bilməyənlərin qısqanclığının nəticəsidir.”

Geri qayıt