Əsas Səhifə > Cəmiyyət > CƏLİLABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ

CƏLİLABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ


18-12-2012, 12:02
CƏLİLABADDA SARAYDAXİLİ ÇƏKİŞMƏ
BİRİNCİ MÜAVİN BAŞÇIYA QARŞI

Cəlilabadda vəziyyət yenə qarışıb. Buna səbəb isə rayonda baş verən neqativ hallarla yanaşı, icra başçısı Əziz Əzihovun heç də xoşagəlməyən addımlarıdır. Bir tərəfdə narazı əhali, digər tərəfdə isə icra başçısının iddialı hikkəsi artıq heç də yaxşı olmayan gərginlik vəd edir.
TİA.AZ-a çatan məlumatlara görə, Əziz Əzizov son dövrlər işdən çıxardığı adamlardan donos toplamağa başlayıb. Bunun başlıca səbəbi isə mətbuatda öz haqqında yayılmış məlumatların mənbəyini araşdırmaqdır. İcra başçısı hətta işi o yerə çatbırıb ki, işdən çıxardığı şəxsləri təhdid etməkdən belə çəkinmir. Bu yaxınlarda isə mətbuatda haqqında yazı çıxmış keçmiş məmurlardan biri isə həbs təhdidi ilə üzləşib. Belə ki, Əziz Əzizov onunla danışaraq, özünü yığışdırmasını və əks təqdirdə, həbs oluna biləcəyini deyib. Bundan sonra isə qeyd olunan şəxs susmağa məcbur olub.
Amma Cəlilabadda vəziyyəti gərginləşdirən bir başqa məqam da «saraydaxili» çəkişmədir. TİA.AZ-a verilən məlumatda qeyd olunur ki, Əziz Əzizovun hərəkətlərinin günlərin birində Bakıda narazılıq yaradacağını bilən rəqibləri onun haqqında mərkəzə yetərli qədər məlumatlar ötürürlər. Eyni zamanda, rayonda əhali arasında rəğbət qazanmaq üçün də çalışırlar. Onlardan biri isə elə icra başçısının birinci müavini Asif Əzizovdur.
Mənbə bildirir ki, Asif Əzizov bir müddətdir ki, icra başçısından gizli şəkildə özünə şərait yaratmağa başlayıb. Bir tərəfdən, Əziz Əzizov haqqında Bakıya məlumatlar ötürən birinci müavin, digər tərəfdən də mərkəzdə özünə dayaq axtararaq, rayona icra başçısı gəlməyə çalışır.
TİA.AZ-a danışan rəsmi qurumlarda çalışanlardan bir neçəsi qeyd ediblər ki, hətta Asif Əzizov özünə tərəfdar toplamaq üçün hərəkətə keçib. Belə ki, o, Cəlilabaddakı idarə və müəssisə rəhbərləri ilə görüşərək, onların dəstəyini almağa çalışıb. Bəziləri ona «biət» etsələr də, bəziləri məsələdə tərəddüd edərək düşünməli olublar.

Geri qayıt