Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOV CİNAYƏTLƏRİ DURDURMALIDIR

MİSİR MƏRDANOV CİNAYƏTLƏRİ DURDURMALIDIR


18-12-2012, 11:51
MİSİR MƏRDANOV CİNAYƏTLƏRİ DURDURMALIDIR
ORTA MƏKTƏBLƏRDƏ VAHİD DƏRSLİK SİYASƏTİNİN TAM ZAMANIDIR

DİA.AZ: - Neçə müddətdir ki, Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında orta məktəb dərsliklərinin monitorinqinin aparılması yönündə bir müzakirə gedir. Bildirək ki, TQDK-nın bu yöndə monitorinq aparma niyyətinə qarşı ciddi müqavimət göstərən TN rəhbərliyi nəhayətdə yumşalıb. Bu barədə Misir Mərdanov bugünkü açıqlamasında da vurğulayıb və hətta qeyd edib ki, gələn ilki dərslik siyasətlərində TQDK-nın monitorinqlərinin nəticələrindən yararlanacaqlar.

DİA.AZ bildirir ki, əslində Misir Mərdanov bu yolla illərdir təhsil nazirliyi adından baş verən cinayətlərini ört-basdır etməyi düşünür. Hər halda, bu gün təhsil nazirliyiinin məsələn, təkcə birinci sinif üçün eyni adda, eyni profildə 4 dərsliyi məktəblilərə təqdim etməsi bir faktdır. Yəni bu gün həm müəllimlər və həm də şagirdlər hansı dərslikdən hansı dərsi öyrənməyi müəyyən edə bilmirlər. Çünki bütün dərsliklər nazirlik tərəfindən eyni dərəcədə, eyni hüquqla qrif alıb.

Əslində illərdir orta məktəblərdə vahid məktəbli formasının davasını döyən möhtərəm Misir müəllim elə vahid dərslik siyasətinin arxasınca düşsəydi, nə bu gün «qorxulu kabus» kimi gördüyü TQDK-nın tənələrinin hədəfinə çevrilməzdi, nə də özü üçün əlavə baş ağrısı yaratmış olardı. Doğrudur, bu halda Misir Mərdanov külli miqdarda qazancdan vaz keçməli olurdu. Hər halda, bu gün hər bir dərsliyə görə ayrı-ayrı müəlliflərdən nə qədər pulun alındığını təxmin etmək o qədər də çətin deyil.

Amma istənilən halda Misir Mərdanov dərslik siyasətinə yenidən qayıtmaq zorundadır və pullarını alıb cibinə qoyduğu müəlliflərin gülməli kitab və əsərlərini övladlarımızın tərbiyəsində bir vasitəyə çevirmə cinayətini durdurmalıdır. Bunun üçün isə nə TQDK-nın monitorinqlərinin nəticələrini gözləməyə ehtiyac var, nə də gələn ili…

Geri qayıt