Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT FONDU NEFT PULLARINI HARA XƏRCLƏYİR?

NEFT FONDU NEFT PULLARINI HARA XƏRCLƏYİR?


18-12-2012, 10:15
NEFT FONDU NEFT PULLARINI HARA XƏRCLƏYİR?
DAHA BİR NEÇƏ MİLYON LONDONA GETDİ

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dekabrın 17-də Londonda daşınmaz əmlak alındığını elan edib. Belə ki, 177. 350 mln. funta ARDNF Vest-Enddə Sent-Ceyms 78 ünvanında ofis kompleksi alıb.

Sent-Ceyms Londonun məşhur eksklüziv daşınmaz əmlak yeridir. Bina 1845-ci ildə tikilib və 2003-cü ildə təmir edilib, “A” sinfi ofis binalarına uyğundur, deyə ARDNF-nin məlumatında bildirilir.

Ofisin ümumi sahəsi 11 018 kv metr təşkil edir və 2023-cü ilədək HSBC Bank-ın icarəsindədir. İllik icarə gəliri 9650 min funt, xalis başlanğıc gəliri illik 4,5% təşkil edir, deyə ARDNF icraçı direktoru Şahmar Mövsümov bildirib.

1 dekabr 2012-ci ilə olan məlumata görə, ARDNF aktivləri 33,8 mlrd. dollardan çox təşkil edib. Bu əmlakın alınması prezidentin 27 oktyabr 2011-ci il tarixli ARDNF aktivlərinin idarə edilməsi qaydalarına dəyişikliklər haqqında fərmanına uyğun olaraq həyata keçirilib. Belə ki, hər bir maliyyə aləti üçün maksimum limit 5% olmaqla, investisiya portfelinin ümumi dəyərinin 5%-i qızıla, aksiyaya və daşınmaz əmlaka yatırıla bilər

Geri qayıt