Əsas Səhifə > Gündəm, Manşet > BİNƏQƏDİDƏ TAM ÖZBAŞINALIQDIR

BİNƏQƏDİDƏ TAM ÖZBAŞINALIQDIR


19-09-2011, 14:52
BİNƏQƏDİDƏ TAM ÖZBAŞINALIQDIR

AZAD MƏMMƏDOV ADLI ŞƏXS SAKİNLƏRƏ DİVAN TUTUR

DİA.AZ: - Binəqədi rayon sakinləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə ünvanladıqları şikayət məktubunun bir surətini də redaksiyamıza ünvanlayıblar.

«Dünya» İnformasiya Agentliyinə (dia.az) daxil olan şikayət məktubunda bildirilir ki, rayon ərazisində «BinəqədiOİL» şirkətinin qoçuları peyda olub: «Onlara Azad Məmmədov adlı birisi rəhbərlik edir. Azad Məmmədov yeni tikililər bir yana qalsın, hətta köhnə tikililəri belə qanunsuz yolla ələ keçirir».

Şikayətçilərin sözlərinə görə, ona bu işdə Binəqədi rayon məhkəməsi köməklik edir: «Azad Məmmədov «BinqədiOİL» adından köhnə sənədləri olan evləri də məhkəməyə verərək, onların sökülməsinə şərait yaradan qanunsuz məhkəmə qərarlarını əldə edir». Bildirilir ki, bu yolla Azad Məmmədov yüzlərlə məcburi köçkün ailəsinin evsiz qoyub.

Bildirək ki, redaksiyamız tərəfindən apardığımız araşdırmalar nəticəsində Azad Məmmədov tərəfindən «plana salınan» evlərin əksəriyyətinin heç də «BinəqədiOİL» şirkətinin balansında olmadığını aşkarladıq. Bu isə o deməkdir ki, bu şirkət qoçusu qanunsuz əməllərlə məşğuldur.

Təbii ki, evlərinin plana düşməsini istəməyənlər Azad Məmmədova görüm-baxım etmək məcburiyətindədirlər. Bunun üçün isə qiymətləri yenə də Azad Məmmədovun özü müəyyən edir. Şikayətçilərin ünvanladıqları müraciətdə bildirilir ki, Azad Məmmədov evlərini qoruyub saxlamaq istəyənlərdən 2-10 min manat arası rüşvət tələb edir.

Apardığımız araşdırmalar nəticəsində müəyyən edə bildik ki, Azad Məmmədov məhkəmə yolu ilə hətta qanuni sənədi olan evlərin də müvafiq sənədlərini məhkəmə yolu ilə ləğv etdirməyə nail olub. Bir sözlə, Binqədidə Azad Məmmədov, Bağdadda kor xəlifə…


Geri qayıt