Əsas Səhifə > Gündəm, Manşet > ƏBÜLFƏZ AĞAYEVƏ QARŞI İTTİHAM

ƏBÜLFƏZ AĞAYEVƏ QARŞI İTTİHAM


15-11-2011, 14:03
ƏBÜLFƏZ AĞAYEVƏ QARŞI İTTİHAM

İCRA BAŞÇISI PREZİDENTİ HƏDƏFƏ ÇEVİRİR

DİA.AZ: - İmişli rayonu Murğuzallı kənd sakini Ağakişiyevə Zəkiyyə Sadiq qızından redaksiyamıza şikayət məktubu daxil olub. Bildirək ki, şikayətçi eyni məktubu həm də prezident İlham Əliyevə və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ünvanlayıb.

Məktubda deyilir: “Sel və qrunt sularından zərər çəkmiş evimiz barədə aidiyyəti orqanlara 100-qədər şikayətimizə FHN-nin müavini 3 dəfə bizə və İmişli RİH-nə belə bir məzmunda məktub göndərib: “Zəkiyyə Ağayevanın 12 və 13 sentyabr 2011-ci il, 21-28 iyul 2011-ci il tarixli məktubu Sizə göndərilmişdir. Nəticəsi barədə ərizəçiyə məlumat verilməsi üçün sizə göndərilir”.

1-il 8 aydır İmişli RİH başçısı Ə. Ağayevin qəbuluna gedirik. (Hər dəfə bizə deyilir ki, bizlik deyil, FHN-likdir). Son 5 ayda isə başçı ümumiyyətlə qəbullarda olmur. Qəbulu müavinlər aparır ki, onlar da heç bir işin qulpundan yapışan deyil. Sentyabrın axırlarında nəhayət ki, başçı vətəndaşları qəbul etdi. Onda da bizə dedi ki, “Kür”ə, FHN-ə şikayəti dayandırın sonra baxarıq dedi. Üç gündür yağan yağış evi tamam çökürdüb. 27 oktyabr 2011-ci il başçının qəbuluna gəldik, o yenədə İmişlidə deyildi. Həyat yoldaşım Əjdər Hümbətov mərhum eks-prezident H. Əliyevin çağırışı ilə könüllü olaraq döyüşə gedib. Ağdamın Şelli kəndi istiqamətində döyüşüb. Heç vaxt müharibə veteranı bileti almayıb. Murğuzallı kəndindən olan şəhid Coşqun Qəhrəmanov Əjdərin gözü qarşısında şəhid olub. Təhsili olmayan həyat yoldaşım heç bir yerdə işləmir. Allah ümüdünə yaşayırıq. Oğlumuz Sakit ötən il Naxçıvandakı hərbi hissədə qulluq edib. Digər oğlumuz Nicat isə hal-hazırda hərbi xidmətdədir. Vətənə borcunu həm həyat yoldaşım, həm oqlanlarım sədaqətlə veriblər ki, İmişlinin rəhbərləri bizi aldatsınlar?

FHN-nin müavini Orucəli Hacıyevə təşəkkür edirik. Heç olmasa başçının yadına təkrarən salsa da, başçı öz bildiyindədir, FİNCA Bank prezidentinə 5-6 avto-zapçast mağazası olan Fuad İmanova, kəsəsi pullulara ev tikib. Nə əcəb su idarəsinin müdiri Mirqoca Mirişova tikməyib.

Sadəcə başçı və müavinlərinə pullular, mağaza, restoran sahibləri sərf edib. Hal-hazırda başçının iki müavini Saleh və Səfa Ağayev vəzifəsindən azad edilib. Başçının birinci müavini olan, FHN-nin komissiya sədri olan və vəzifəsindən azad edilən Səfa Ağayev bütün intriqaların başında dayanıb. O, bizə yaxın adam hesab olunurdu. Amma ona yaxınlar pullular idi. Həyat yoldaşım, iki oğlum, vətənə xidmət etmək əvəzinə Rusiyanın və ölkənin bazarlarında pul qazana bilərdilər və villa da tikə bilərdik. Dövlətin yardımına da ehtiyacımız olmazdı. Belə çıxır ki, həyat yoldaşım və oqlanlarım, Əbülfəz Ağayevin və Səfa Ağayevlərin var-dövlət sahibi olmaqları üçün döyüşüb. Onlar komfortlu və xarici inomarka maşın və saraylarda dincələrkən, biz partlamış evimizin başımıza nə vaxt uçacağını gözləyirdik. Başçı Əbülfəz Ağayev vəzifəsindən sui istifadə edərək, vətəndaşı dövlətdən və prezidentdən narazı salır. Ona görə də onu 1 saylı iqtisad məhkəməsinə verəcəyimizi düşünürük”.

Qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt